“Kontakt Home“ müştəriyə “atdı“- televizoru və pulu alıb aradan çıxdı...


bitmap-img6




"Kontakt Home" mağazalar şəbəkəsindən daha bir şikayət var. Bu dəfə də müştəri xidmətdən və satılan malın keyfiyyətindən narazıdır. Alınan malın keyfiyyətsiz çıxması azmış kimi vətəndaşın pulu da geri qaytarılmır.

Bu şikayətlə Musavat.com-a İlkin Məcidov adlı vətəndaş müraciət edib.

İlkin Məcidov yeni il ərəfəsində "Kontakt Home"un tələsinə düşdüyünü deyir. Artıq 10 gündür get-gələ salınır.

"Dekabrın 20-də "Kontakt Home"un 20 yanvar filialından televizor almışdım. Quraşdırılması üçün ayrıca da xidmət sifariş vermişdim. Televizor vaxtında gəlsə də, quraşdırılma xidməti gəlmədi. Elə problemlər də buradan başladı və "Kontakt Home"un iç üzü açıldı"- deyə vətəndaş şikayətində bildirir.

İlkin Məcidovun sözlərinə görə dəfələrlə servis xidmətinə zəng eləsə də problemi həll edən yoxdur: "Qaynar xəttə zəng etdim. 25 dəqiqə gözlədəndən sonra dəstəyi asdılar. Yenidən əlaqə saxladım. 22 dəqiqə sonra yalan məlumat verərək bildirdilər ki, gün ərzində servis xidməti gələcək. Ancaq 2 gün sonra servis xidməti mənimlə əlaqə saxladı. Lakin özbaşınalıq bununla da bitmədi. Gətirdikləri televizor xarab çıxdı və geri apardılar. Öz səhvlərinə görə məni 9 gün ora-bura istiqamətləndirdilər. Başa düşdüyüm odur ki, malı alanda "Qızıl zəmanət" təklif edirlər, yəni 200 manata qədər əlavə ödəniş. Bunu istəməyənlərin başına bu oyunu açırlar ki, alıcı məcbur bu xidməti alsın".

Vətəndaş deyir ki, bu özbaşınalıqlara sonra "Kontakt Home"un rəsmi səhifələrində də yazaraq məlumat verib. Lakin onu blok edərək cavabsız qoyublar.

"Hamı bilsin ki, elektronik mallar alası olsanız, heç vaxt "Kontakt Home"un mağazalarını seçməyin. 10 gündür cavab verən yoxdur. Televizorun da aparıblar. Nə pulumu qaytarırlar, nə televizor gətirirlər, nə də məlumat verirlər"- deyə vətəndaş haqlı narazılığına bildirir.
Tarix: 29-12-2018, 23:35
Xəbəri paylaş





Xəbər lenti