Ailә idarәçiliyi vә әzilәn xalq

 

Hikmәt Nikbin

Bu gün ailə idarəetməsi formasına məxsus olan hakimiyyətin “mərhəməti” sayəsində Azərbaycan xalqı MADDİ həyatını QƏNAƏT üzərində, müəyyən bir HƏDD, SIXINTI çərçivəsində qurur.
Böyük əksəriyyət hələ də İŞsizdir, MƏNZİLsizdir.
Azərbaycan xalqını işlə, mənzillə təmin edə bilməyən idarəçiliyin SİYASİ arenada əlləri və ayaqları yerində saydıqca, əvəzində qulaqları uzanır.
Komanda olduqca, olduqca, olduqca QEYRİ PEŞƏKARdır.
Ər-arvad-qohum-quda-qonşu-dost hakimiyyəti bir həqiqəti başa düşə bilmir ki, Dövləti idarə etmək Ölkəni KÜÇƏ səvyyəsində təsəvvür etmək deyil.
KÜÇƏDƏ QAÇ, KÜÇƏDƏ QOV düşüncəsinə məxsus olan TƏSADÜFİ idarəçilik dünya siyasi arenasında komiklər kimi təsəvvür edilir.
Dediyim kimi, cəmiyyət parçalanıb.
Ev-ev, küçə-küçə, kənd-kənd, şəhər-şəhər bölünüb.
Bunu Ölkəmizi istəyən, Ölkəmizi istəməyən QÜVVƏlər də bilir.
Minimum dolanışığını təmin edə bilməyən ÇOXLUQun Respublikanın sərvətini bölüşənlərə nifrəti danılmazdır.
Çünki, tək özünü düşünən ata-oğul-gəlin idarəçiliyinin hakimiyyətində vətəndaşlar üçün BƏRABƏR imkanlar yaradılmayıb.
Xalq bu idarəçiliyin cahilliyini, gərəksizliyini hiss edir.
26 ildir QEYRİ PEŞƏKAR komanda Respublikada VƏZİYYƏTin BƏRABƏRliyini təmin edə bilmir.
26 ildir ailə hakimiyyəti Ölkənin 90% əhalisinin HÜQUQİ bərabərsizliyini anlamaq gücündə deyil.
Bu isə ağa-qul münasibətləri üzərində mövcudluq deməkdir.
Feodalizm deməkdir.
Yaxşı TƏHSİL yox, böyük əksəriyyət üçün MÜALİCƏ yox…
Zəhmət çəkmək əvəzinə, ailə hakimiyyəti dolayısı ilə işsiz olan milyonları günahkar çıxarmaq istəyir.
İŞ AXTARMA, İŞ QUR!
İlluziya yaratmaqla işsizliyin məsuliyyətini komandanın üzərindən götürürlər.
Yalandan 1-2 görüntü yaratmaq, göstərmək nəyi isə ifadə etmir, axı.
Böyük əksəriyyət ƏLVERİŞSİZ MÜHİTDƏ, KAPİTALSIZ vəziyyətdədirsə, bütün qapılar bu insanların üzünə bağlıdırsa, necə özləri üçün iş qura bilərlər?
İş, axı, göydən düşmür.
Azərbaycan Respublikasının çiçəklənməsi, ildən-ilə inkişafı, dünya ölkələrinin qibtə etdiyi bir diyara çevrilməsi 2+2 qədər sadədir. Daha doğrusu, böyük zəhmət bahasına qibtə ediləsi Azərbaycan yaratmaq mümkündür (yəni mümkünsüz deyil).
Azərbaycan xalqının ailə idarə etmə formasından əziyyət çəkməsi isə göz önündə.
Xalqın ailə idarəçiliyinə get deməkdən başqa çarəsi qalmayıb.

Tarix: 10-01-2019, 21:17
Xəbəri paylaş





Xəbər lenti