Məmur etinasızlığı: Vətəndaşı boğaza yığan səbəblər - Bəs qanunlar nə deyir?


Məmur etinasızlığı: Vətəndaşı boğaza yığan səbəblər
Bir sıra dövlət qurumlarının vətəndaş şikayətlərinə etinasız münasibəti davam edir.

Bununla bağlı mediada, sosial şəbəkələrdə də narazılıqlar artmaqdadır.Bəllidir ki, istənilən problemlərin müvafiq dövlət qurumlarına zamanında çatdırılması və vətəndaşların şikayətlərinin dinlənilməsi məqsədilə çağrı mərkəzləri, qaynar xətlər yaradılıb.Amma fakt odur ki, bu çağrı mərkəzləri, qaynar xətlər günün istənilən zamanında ya məşğul rejimdə olur, ya zənglərə cavab verilmir.

Belə olan halda vətəndaş həmin qurumların ünvanlarına üz tutmaq zorunda qalır. Amma bu da səmərə vermir.Bundan əlavə ölkə vətəndaşlarının şikayət etmələri üçün polis, məhkəmə, korrupsiyaya qarşı müvafiq mübarizə idarəsi, eləcə də digər qurumlar mövcuddur.Amma bu qurumlarla da bağlı dəfələrlə narazılıqlar gəlir ki, şikayətləri obyektiv araşdırmırlar.

Vətəndaş üz tutduğu dövlət qurumundan dərdinə çarə tapa bilmir.Şikayətçiyə ya hansısa rəsmi vəzifəli şəxsin yerində olmadığı bildirilir, ya da görüşün başqa vaxta çəkilməsi təklif olunur.Növbəti dəfə də analoji hal təkrarlanır.Beləcə məsələ yubanır, vətəndaş süründürməçiliklə üzləşir. Vətəndaş problemin həllindən əlini üzür, get-gəldən təngə gəlir və rəsmi qurumlara inam, etimad qalmır. Nəticədə insanların yeganə çarəsi mediaya üz tutmaq olur.KİV-in vəzifəsi isə problemi işıqlandırmaqla ictimaiyyətə, dövlət qurumlarına çatdırmaqdır.Təəssüflər olsun ki, bu halda da dövlət qurumları həm mətbuatı, həm də vətəndaşı sadəcə olaraq “yola verir”.Bir sözlə problemə elə “həssas” yanaşıb, vədlər verirlər ki, sanki tez bir zamanda məsələnin həlli mümkün olacaq.

Bir sıra dövlət qurumlarının problemlərin həllinə etinasız və məsuliyyətsiz yanaşmaları artıq vətəndaşları çarəsiz duruma salıb. Qeyd edək ki, ölkə başçısı dəfələrlə insanların sosial iqtisadi problemlərinin həllini daim ümdə məsələ olduğunu bildirib, dövlət qurumlarının rəhbələrinə vətəndaşların müraciətlərinə maksimum diqqət göstərilməsini tapşırıb. Bu sahədə qanunvericilik də təkmilləşdirilib. Bu baxımdan 2015-ci il noyabrın 12-də imzalanmış “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanunun tətbiqi barədə Fərmanı xüsusi qeyd etmək lazımdır.
Cebhe.info
      
Tarix: 11-01-2019, 14:09
Xəbəri paylaş





Xəbər lenti