Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"





Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun""Real TV"nin rəhbəri Mirşahin Ağayevin sosial şəbəkədə haqqında rəy yazdığı üçün tutdurduğu gənc dünən gecə azadlığa buraxılıb.

Xatırladaq ki, Mirşahinin tutdurduğu şəxs Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasovanın oğlu olub.

QHT sədri bu barədə mətbuata açıqlamasında demişdi ki, Sabunçu Rayon 12-ci Polis Bölməsinin əməkdaşları yanvarın 11-də gecə yaşadığı evdən oğlunu bölməyə aparıblar: "Gecə polislər Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küçəsi, döngə 4, ev 2 A ünvanında olan mənzilimizə gələrək, oğlum 1994-cü il təvəllüdlü Abbasov Məhəmmədəli Şəmsəddin oğlunu bölməyə apardılar. Gecədən bu saatlara kimi oğlumu polisdə saxlayıblar. Cinayət işi açıb-açmadıqları barədə bölmədən bizə məlumat verməyiblər. Səbəb onu göstərirlər ki, oğlum sosial şəbəkədə olan qruplardan birində jurnalist Mirşahin Ağayev haqqında xoşagəlməz söz yazıb...".

Dünən gecə isə M.Abbasova sosial şəbəkədəki hesabından oğlunun azad edildiyini yazıb: "Şükür Allaha, oğlum gəldi. Allah bütün günahsız yerə həbs olunanların qapısını açsın, amin. Mənə dəstək olan dostlar, həmişə var olun, mun sifətli "dostlar", siz də bir az ləyaqətli olun".

mia.az
Tarix: 13-01-2019, 23:02
Xəbəri paylaş





Xəbər lenti