DYP-nın "canlı minaları"-14-cü otaqda nələr baş verir-YENİLƏNİB


Baki şəhər yol polis idarəsinin 14-cü otağında başımıza gələn oyun haqqında saytımızda yazı gedikdən sonsa Bakı şəhər DYP -nin ictimayyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov zəng vurub bizi idarəyə dəvət etdi.Qeyd etdi ki,cənab general məsələdən məlumatlıdır bərk narahat olub və dərhal məsələnin həllinin tapmağını tapşırıb.Sizin  məsələ günü sabah həllini tapacaq,narahat olmayın arada olan neqativlik həll olunacaq və ödənişinizin çekləri sizə təhvil veriləcək.Bizdə inandıq amma görün axırı necə oldu.Sən demə bunlara inanmaq heç düzgün deyilmiş.O gün bu gün nə bizə zəng olundu.Biz zəng edəndə ya zəng çatmadı yada telefonları xarab oldu .Bir sözlə sanki uşaq başı aldadırdılar.Bakı şəhər yol polis idarəsi ancaq pul mənimsəyən və dövlətin büdcəsinə ziyan verən bir qrumdur.Bu qurum kimə və nəyə lazımdır?14-cü otağda millətin pulunu alıb aldatmağamı?Yoxsa saatlarla milləti qapıda süründürməyə....Yoxsa əlindən pul ödəyib ayağından axtarmağa.?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində 14-ci otaq rüşvətin toplandığı əsas məntəqələrdəndir. Həmin otağın “küllü ixtiyarı” olan Xeyrulla adlı mayorun isə öz qaydaları var. Burada avtomobillərə cərimə yazılmadan sənədlər alınır və sürücülər 14-ci otağa dəvət edilərək onlarla “profilaktik söhbətlər” aparılır. Amma sürücülərin həmin otaqda problemlərini həll etməsi də mayorun kefindən asılıdır.

Çünki belə olmasaydı bu günə kimi bizim problem həllini tapardı.Burda generalın tapşırıöına belə dırnaq arası baxırlarsa vay bizim halımıza...

Maraqlıdır ki, Daxili İşlər Naziri Ramil Usubovun polisin müsbət imiciin formalaşması istiqamətind atdığı bütün addımlara kölgə salmaq istəyən bu cür şəxslər bu cəsarəti hardan alırlar? Hər halda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov da məlum otaqların “pul maşını”na çevrilməsində  yəqinki özüdə maraqlıdır. 

 

 

 

Bakı şəhər yol polis idarəsində xalqı necə incidirlər hamıya yaxşı məlumdur.Əsas maraqlandıran məsələ odur ki bu

idarədə vətəndaşların şikayətlərinə düzgün baxa bilmirlər. Bir söz bilirlər , cərimə kompüterə düşüb, deyerək insanları başlarından edirlər.

Yüzlərlə insan idarənin qarşısında qapıların qarşısında boynunu büküb bu idarənin bürokratik , süründürməçilik əzabın daşıyırlar.

İnsanlar işindən, gücündən olub gəlib vaxtlarını yol polisinin qapısında niyə itirməlidirlər.

Ümumiyyətlə hər bir rayonun yol polisinin və Respublika yol polisinin olduğu halda Şəhər yol polisinə nə qadar ehtiyac var? Görün nə qadar dövlət büdçəsi yüklənmışdir. Nə qədər az iş görüb çox maaş alan qurumlar var.

Keçək bizim məsələyə deməli maşınımızın cəriməsi ilə bağlı cərimə meydaçasına aparıldı və bununla bağlı Bakı şəhər yol polis idarəsinin 14- cü otağında əyləşən Xeyrulla müəllimə müraciət etdim.150 manat pul ödədim  və dedim qalanında bir neçə gün sonra gəlib ödəyəcəmki tam sıfırlansın.Çeki istədikdə  isə arxayın olun gələndə verəcəm hamisinnın çekini 150 manatlıq cəriməniz isə artıq silindi.Bu gün isə getmişdim qeyd  etdiyim  həmin 14-cü otağa cərimə ta ödəyim məlum olduki cəriməm azalmaq əvəzinə dahada artıb və həmin cərimə 150 manat ödənməyib.Cərimənin çekini tələb etdikdə  isə deyir "kompüterdə silinib",deyirəm axı heçnə silinməyib .Öz ödədiyim hansıdır onlardır amma sizə təqdim etdiyim 150 manatlıq cəriməm ödənməyib.Deyir çek yoxdur yadakı baxaram taparam verərəm,tapmaramda nə bilirsiniz edin.

902 qaynarxəttə bu barədə şikayət etdim araşdırıb mənə dedilər ki,sabah günün ikinci yarısında gedib çekinizi götürün.Burda sual doğur axı niyə yerində çek verilmir niyə insanları aldadırlar.Hamı qaydaları bilmir indi sizə kimsə inanır pulu yerində ödəyir amma Xeyrulla "müəllim" kimilər cibinə qoyub heç bir cərimə silmirsiniz .Bu qədər özbaşınalıq olmaz.Polis daxili təhlükəsizliyi qoruyan bir orqandır amma polisin bir çoxu insanların təhlükəsizliyini bilə bilə pozurlar.Şikayət edirsən rəsmi cavab gözləyirsən gah deyirlər poçtla göndərilib .Rəsmi cavab almağa adamda tapmırsan.İndi dərdimizi kimə deyək hara müraciət edək bilmirəm.

Bu ölkədə hər bir yol polisi əməkdaşının gündəlik haqqı olduğunu, bu pulların üzü yuxarı   DYP rəhbərliyi üçün toparlandığını hamı bilir. Millətin böyük bir qismi büna artıq öyrəşib və «onların da işi budur, axşama plan verməlidirlər» kimi yol polisinə haqq qazandıranlar da olur. Bəziləri yolda verdiyi pulu sadağa hesab edir, bəziləri ölkə başçısına kömək və s.

Bir misal çəkim qonşu dövlət olan və iqtisadiyyatı  və gücü  bizdən  qat -qat zəif  olan Gürcüstanda yol polisi ləğv olunub, bir dənə də olsun DYP postu yoxdur. Azərbaycanda isə postların, polislərin, DYP maşınlarının sayı artır, yollar boyu sanki «canlı minalar» düzülüb, bir postdan, ikincidən, üçüncüdən keçsən də, mənzil başına çatana qədər haradasa ilişməlisən. Gürcüstandai polis öz vətəndaşlarının rifahına, bizdəkilər isə vətəndaşların diz çökdürülməsinə çalışır.Bu özbaşınalığın bir sonu olmalıdır.Ümumiyyətlə bu gün ölkəmizdə hər yer kameradır,yol polisinə nə ehtiyac var bilmirəm

Tarix: 21-01-2019, 09:02
Xəbəri paylaş





Xəbər lenti