“Onlar dünyanın bir nömrəli yalan istehsalçılarıdır”


Tofiq Abbasov: “Bizim yeganə günahımız unutqanlığımız olub”




Artıq xeyli vaxtdır ki, ermənilər 1990-cı ilin yanvarında guya ermənilərin Azərbaycanda “soyqırım”a məruz qalması ilə bağlı kampaniya aparır, bununla bağlı kitablar yazır, tədbirlər keçirir, dünya mediasında bu barədə məqalələrlə çıxış edirlər. Bəs ermənilərin Azərbaycanla bağlı aparrdıqları böhtan kampaniyası gələcəkdə ölkəmiz üçün hər hansı fəsada yol aça bilərmi? 1915-ci ildə heç bir soyqırımına məruz qalmayan, əksinə türklərin özünə qarşı soyqırım həyata keçirən ermənilərin 1990-cı ilin yanvarı ilə bağlı yalanları da dünyanın bəzi ölkələri tərəfindən həqiqət kimi qəbul edilə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov ermənilərin dünyanın aparıcı yalan istehsalçıları olmalarına diqqət çəkdi:

“Ötən əsrin əvvəllərindən başlamış bu günə qədər ermənilərin həyata keçirdiyi işlərə, siyasi dəst-xətlərinə, idoloji yöndəki fəaliyyətinə nəzər salsaq görərəik ki, onlar dünyanın bir nömrəli yalan istehsalçılarıdır. Ermənilərin məqsədi türkləri, azərbaycanlıları neqativ fonda dünyaya təqdim etməkdən ibarətdir. Ermənilər özlərinin törətdikləri cinayətlərə, soyqırımlarına bununla bəraət qazandırmağa çalışırlar. Onlar istəuyri ki, dünya bizə natamam xalqlar kimi baxsın.

Ermənilər dünyanı inandırmağa çalışır ki, guya 1915-ci ildə “soyqırımı”na məruz qalıblar və guya buna səbəb ermənilərin xristian olması olub. Guya onlara qarşı məhvetmə kampaniyası olub. Halbuki, Antanta dünyanın siyasi xəritəsini dəyişmək, Osmanlı imperiyasını məhv etmək üçün məhz ermənilərdən istifadə etmişdir. Burada yunanların da istifadə edilməsi planı var idi. Lakin onlar bu məsələdə ikinci plana keçdilər. Ermənilərə silah-sursat dəstəyindən tutmuş siyasi və s. dəstəyə qədər hər cür köməklik göstərilirdi. Rusiya da ermənilərə dəstək verirdi. Lakin çar Nikolay biləndə ki, ermənilər terror fəaliyyətini Avropadan onlara verilən dəstək hesabına həyata keçirir, o zaman o, ermənilərlə bağlı bir sıra qadağalara qərar verdi. Erməni separatçılığı ilə bağlı Romanovların bu addımına cavab olaraq ermənilər Avropadan aldıqları dəstəyi artırmağa başladılar.

Erməni terrorunun təməlinin qoyulmasında və inkişafında Avropanın çox böyük fəaliyyəti olub vəı bu fəaliyyət indiyə qədər də davam edir.

Ermənilər ideoloji baxımdan ehtiyat tədarükü görmək üçün indi də bu kimi kampaniyalar həyata keçirməkdədirlər. Təbii ki, biz bu kampaniyaların cavabını verir, onları ifşa edirik.

Bizim yeganə günahımız unutqanlığımız olub. Elə buna görə də bir əsr ərzində bir neçə dəfə qətliama məruz qalmışıq”.

 


Tarix: 10-02-2019, 21:13
Xəbəri paylaş





Xəbər lenti