Mirşahin Ağayevin qardaşı həbsdən azad edildi – QƏRAR

 Real TV-nin rəhbəri Mirşahin Ağayevin dələduzluqda təqsirləndirilən qardaşı Mirəddin Ağayev azadlığa çıxıb. Unikal.org xəbər verir ki, Mirəddin Ağayevin səhhətində ciddi problem yarandığı üçün bir neçə gün bundan öncə məhkəmənin qərarı ilə şərti cəza ilə sərbəst buraxılıb.Qeyd edək ki, Mirəddin Ağayev Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında istintaqa cəlb olunmuşdu. O, D. Qəzənfərovun 2 min manatını, daha 3 vətəndaşın isə ümumilikdə 86 min manat məbləğində vəsaitini dələduzluq yolu ilə mənimsəyib. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun hökmü ilə Mirəddin Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Xatırladaq ki, əvvəllər ANS TV-də vitse-prezident olan M. Ağayev, bu kanal bağlandıqdan bir müddət sonra Real TV adlı telekanal açıb.
Bir neçə gün əvvəl Mirşahin Ağayev ölkə başçısı İlham Əliyevdən müsahibə götürüb.
Tarix: 15-02-2019, 20:46
Xəbəri paylaş





Xəbər lenti