"Oğru dünyası" üçün Xruşsov qanunları: Kriminal "generallar" səssizliyi pozacaq: MÜHARİBƏ BAŞLAYIR


"Oğru dünyası" üçün Xruşsov qanunları: Kriminal "generallar" səssizliyi pozacaq: MÜHARİBƏ BAŞLAYIR

Rusiyada Cinayət Məcəlləsinə gözlənilən dəyişikliklər və bu dəyişikliklərin "qanuni oğru"ların həbsinə imkan yaradacağı qənaəti kriminal dünyada şok effekti yaradıb.  Cebhe.info xəbər verir ki, məlumata görə, dəyişikliklərin hazırlanmasında Rusiya DİN-nin "oğru aləmi"nin bütün proseslərini dərindən bilən mütəxəssisləri iştirak edib. Bu faktor isə onu deməyə əsas verir ki, "oğrulara qarşı repressiya" təkcə bu sahədə növbəti cəza tədbiri deyil, həm də "oğru dünyası" ilə mübarizədə tarixi mərhələdir.

“Oğru”lar hələlik dəyişikliklərin tam mətninin nəyə xidmət etdiyini bilmədiyindən, onu öz aralarında müzakirə etsələr də, daha çox susmağa üstünlük verirlər. İstənilən halda onların düşüncəsinə görə, bu, hakimiyyətin "oğru"ları bir sinif kimi ləğv etmək niyyətindən xəbər verir. Ancaq niyə? İndi əsas sual budur.

Ümumilikdə isə Cinayət Məcəlləsinə yeni- 210.1-ci maddə əlavə ediləcəyi gözlənilir. "Kriminal ierarxiyada yüksək mənsubiyyət " 8 -15 il azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bu maddə birbaşa "qanuni oğru"lara aiddir. Həmçinin, "sxodka"larda iştirakın da cəzası 20 ilədək həbs ola bilər.


Cinayət aləmi bu vəziyyəti artıq bir dəfə yaşayıb. SSRİ Ali Sovetinin Prezidiumunun qərarı ilə "oğru aləmi"nin üzvlərinə oğurluğa görə 1 il yox, 10 il həbs verilirdi. Ayrı-ayrı ağır cinayətlərə görə isə cəza 25 il idi. Xruşşov hətta partiya qurultayında yüksək kürsüdən  “qanuni oğru”lara müharibə elan etmişdi. Nəticədə sayı minə çatan "oğru dünyası" bəzi üzvlərini itirdi. Ancaq təbii ki, müharibə tam qələbə ilə yükunlaşmadı. Sovet rejiminin "oğru dünyası" ilə mübarizəsində son  həlqə "Ağ qu quşu" xüsusi həbsxanası oldu. Bura ittifaqın hər yerindən çox sayda "oğru"lar gətirilirdi. Məhz bu tədbir nəticəsində "kriminal aləm" azadlığını müəyyən ölçüdə itirdi. İdeologiya isə qalırdı və ən təhlükəlisi bu idi.

Saakaşvili dönəmində Gürcüstanda "kriminal aləm"lə mübarizədə sovet qanunları yenidən işə düşdü. Çox sayda "oğru" saxlanıldı, əmlakı müsadirə edilərək dövlətə verildi. Saakaşvili hakimiyyətdən getdikdən sonra elan edilən amnistiya  "oğru"ların da işinə yaradı. Nəticədə hazırda bu ölkədə ancaq bir "qanuni oğru" həbs çəkir. Qalanlar ölkə xaricindədir. Nəzərə alsaq ki, kriminal aləmdə gürcü "oğru"lar saya görə ön sıradadır, o zaman Saakaşvilinin mübarizəsinin də nəticəsiz qaldığını söyləmək olar. Nəticə ancaq o oldu ki, "oğru"lar Türkiyə, Yunanıstan, İtaliya və Fransaya dağılışdılar.

Məlumata görə, hazırda Rusiyada 430 "qanuni oğru"dan 70-ə yaxını qeyri-leqal yaşayır. Onların əksəriyyəti yaşayış yeri kimi Moskva ətrafını, Sankt-Peterburqu, Krosnodarı seçirlər. Yeni dəyişikliklər də məhz onları hədəfə alacaq.

Risk qrupunda isə əsasən Şişkan, Petrik, Aksen, Lujnetski, Türik kimi "generallar" var. Onların adı “Remenski", "İzmayilovski", Lipetski", "Bratski" qruplaşmaları ilə birgə hallanır.

O ki qaldı dəyişiklikdə nəzərdə tutulan “oğru ierarxiyasına mənsubluğun" təsdiqinə, hökumət bunun üçün hər şeydən istifadə edə bilər- "obşak"ın toplanması, bölünməsi, "nəzarətçi”lərin təyini, “sxodka"ya çağırış. İttiham üçün bir neçə nəfərin şahidliyi kifayət edəcək. Bu isə "oğru"ların işini çətinləşdirə bilər. Amma təkcə onların yox. "Oğru"nun üzünə dayanmağa və onun ittiham edildiyi cinayət işində şahid olmağa kimlərin cəsarət edəcəyi də bir başqa problemdir.

Məlumatlara görə, hazırda “oğru”lar yaranmış vəziyyətdən çıxmaq üçün daha radikal qərarlar verir. Bu qərarlardan ən geniş yayılanı müvəqqəti köçdür. Ancaq burada da yolları bağlayan amillər var- beynəlxalq axtarış. Axtarışda olan "oğru" yaşayış yerini dəyişməyə ürək etmir. Üstəlik bu gedişlər səssiz olmayacaq. Bəziləri hətta bir qədər də irəli gedərək deyir: "Müharibə başlayır".

Xəzər


Tarix: 20-02-2019, 22:25
Xəbəri paylaş





Xəbər lenti