Nazir Fikrət Məmmədovun göstərişi havadan asılı qalıb..... Sevil Allahverdiyevadan ŞOK AÇIQLAMA

            
* Bakı şəhər sakini, “hipermobil” sindromundan əziyyət çəkən, fiziki qüsurlu əlil uşağın müalicəsi, təhsili, alimenti barədə qəbul olunan 3 məhkəmə aktlarını 15 ildir Gəncə icra orqanı icra etməyərək maddi olaraq xəstə uşaqla köməksiz vəziyyətdə saxlanılan ana tərəfindən
Cənab Nazir Fikrət Məmmədovun qəbulunda olan, Nazirin göstərişi ilə məni qəbul etməli olduğu halda qəbul etməkdən imtina edib 2 polis nəfəriylə məni İcra Baş İdarəsindən uzaqlaşdırıb polis bölməsinə göndərən, öz Nazirinin tapşırıqlarına əməl etməyən ölkənin Baş İcra Məmuru Nurəddin Mustafayevin ədliyyə işçisinə yaraşmayan qanunsuz hərəkətlərindən
KİV-ə təqdim etdiyim müraciətimə münasibət bildirən Gəncə İcra İdarəsinin rəisi Nizami Qocayevin və alimenti illərdir ödəməyən borclu Zahid Yusibovun dediklərinə mövqeyimi bildirirəm, ümid edirəm, bu müraciətimi də dərc edəcəksiz.

Nizami Qocayev,19 min manata yaxın aliment borcu hesablamısız.Bu necə illərin, aylarının alimentidir,bilirsiz? Məhkəmə aylarla illərlə əlil uşağın saxlanılması üçün atanı xərclərə cəlb etdi, icraçılar isə iillərlə alimenti ödətdirməməklə uşağın normal yaşama hüququnu,uşağın uşaq kimi yaşamasını əlindən aldılar.
Nizami Qocayev,hansı yüksək səviyyəli icradan danışırsız? Cənab Nazirin qəbuluna düşməsəydim, aylıq alimentimi də icra etməyəcəkdiz. Cənab Nazirə “qərarlar icra olundu”deyə məruzə etmək üçün çalışırsınız ki, başqa şəxslərin yaşadığı mənzili borc əvəzinə götürüm. 19 min manat borca görə 35 min manatlıq, başqa şəxslərin yaşayış sahəsi olan mənzilin aliment borcunun əvəzləşdirilməsi kimi mənə təklif etməyiniz əsassızdır. Çünki, həmin şəxslərin yaşama hüququna xitam verilməsi üçün onlara kompensasiya verməliyəm.Nəticədə mən zərər çəkəcəm və əlavə xərclər ödəməli olacam. Bu halda aliment borcunun əvəzləşdirilməsi mümkün olmayacaq.Nizami Qocayev,mənzildə yaşayan şəxslərin oradan çıxarılıb başqa yerə pasport qeydiyyatlarına düşməsi ilə bağlı tədbirlər görüldükdən sonra mənim mənzili qəbul etməyim qanunauyğundur.15 ildir alimenti ödətdirməyib,əlil uşaqla süründürmüsüz,indi də kompensasiyaya görə 15 il məhkəmələrdə sürünüm? Z.Yusibovun (borclu) avtomaşınlarına həbs qoyulub,ama borclu maşınları gizlədir.DİN-nə sorğu vermisizmi,maşınlar tapılsın? Sizə deyim avtomobillər hardadı.Məhkəmə 2 ay əvvəl mənə məktub göndərdi ki, borclu maşınları çıxarıb ortaya ki üzərindən həbs götürülsün,məhkəmə isə yenə həbsdə saxladı. Z.Yusibov qərəzli şəkildə borcları ödəmir,əmlaklarını gizlədir,məcburi icra tədbirləri görsəydiz,cənab Nazirin qarşısında, media qarşısında cavab verməyə məcbur qalmazdız.Sizdən xahiş edirəm,hörmətlilik, böyüklük göstərin,borclar mənə ödənilsin,uşağı müalicəsini davam etdirə, təhsil haqqını ödəyə bilim.
Nizami bəy düz deyirsiz,şikayətim cənab Nazirin nəzarətindədir, İcra Baş idarəsinin rəisi Nurəddin Mustafayev mövqeyini bildirməlidir ki, niyə nazirin qəbuluna düşmüş adamı nazirin göstərişi ilə qəbul etməli olduğu halda,məni qəbuldan qovur, 2 polislə məni göndərir polis bölməsinə?
Zahid Yusibova..
Alimenti illərlə ödəməyən, indi də borcları ödəməyən övladımın atası Z.Yusibovun mövqeyini anlamadım.Nə talassemiya? Uşaq Talassemiya xəstəsi deyil ki? Məhkəmə Z.Yusibovu talassemiyaya görə əlavə xərclərə cəlb etməyibki?? Z.Yusibov öz vəsatətiylə uşağa məhkəmədə dəfələrlə ekspertizalar keçirtdirib,məhkəmə də ekspertiza rəyləri əsasında Z.Yusibovu alimentdən əlavə, digər xərclərdə iştiraka cəlb etdi. Övladım “Hipermobil” sindromundan əziyyət çəkir. 2018-ci ildə məhkəmə,ala bilmədiyim aliment və əlavə xərclərin midarlarını artırıb, 900 AZN-ə qaldırdı,məhkəmə araşdırdı kı, mənə illərlə aliment ödəməyən Z.Yusibovun maddi imkanı yüksəkdi, saysız-hesabsız əmlakları var, bankda 35 min manat pulu var. 900 AZN alimentin Z.Yusibova ödətdirilməsinə, cənab Nazir Fikrət
Məmmədovun qəbuluna düşməklə, nail oldum. Z.Yusibova burdan bildirirəm,məhkəmə qətnamələri icra olunmalıdır, borclar ödənməlidir.Sağlamlığı məhdud övladla məni köməksiz vəziyyətdə qoymusan. Z.Yusibov, orta məktəbi fərqlənmə atestatiyla bitirən, respublika fənn olimpiadasının qalibi olan, yüksək balla ADA universitetinə daxil olan bu cür övladını itirirsən. Hüquqi əsasımız varki, məhkəmədə səni atalıq hüququndan məhrum etdirirk.
Hörmətlə , Sevil Allahverdiyeva.                                                                                                                               Siam.az
Tarix: 24-02-2019, 21:02
Xəbəri paylaş





Xəbər lenti