Kəmaləddin Heydərovun general qohumu "dərman mafiyası"ndan çıxarıldı

 Dövlət Gömrük Komitəsində (DGK) "dərman mafiyası”na görə vəzifəsindən uzaqlaşdırılan məhşur generalın cinayət işinin dəstə üzvlərindən ayrılması ilə bağlı iddialar təsdiqini tapdı. Criminal.az xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi Sadiq Abduyevin barəsindəki cinayət işi artıq ayrıca icraata götürülüb.
Fevralın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində "dərman mafiyası" işi üzrə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi, general-mayor Fikrət Qədiməliyev və daha yeddi nəfərin - Elnur Məmmədov, Fərman Məmmədli, Vasif Xıdırov, Cəmil Mehdiyev, Anar Məmmədov, Əlamət Quliyev və Türkiyə vətəndaşı Ateş Atanurun məhkəməsi başlayıb. Hakim Zeynal Ağayevin sədrliyilə keçirilən məhkəmə prosesində diqqət çəkən məqam cinayət işində adı əsas fiqurantlardan biri kimi çəkilən Sadiq Abduyevin təqsirləndirilən şəxslərin sırasında olmaması olub. 

Yada salaq ki, 2018-ci il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu "dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən "dərman mafiyası”na qarşı əməliyyat keçirəndən sonra S.Abduyev istintaqa cəlb olunub, ifadəsi də alınıb. Lakin nazirlə qohumluğu onu istintaqdan xilas edib. 

Məlumatlar var ki, S.Abdıyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının xalası oğludur. A.Abduyev saxlanılarkən K.Heydərov Dubayda olub. Qohumunun həbsinə görə səfərini yarımçıq başa vuraraq ölkəyə dönüb və S.Abdulovu həbsdən xilas edib. Onun da istintaqdan kənar gəlzməsi K.Heydərova qohumluğu ilə əlaqələndirilirdi.
Hazırda isə məhkəmədə gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyev Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunurlar.  

Hələ "dərman mafiyası" ilə bağlı cinayət işi məhkəməyə göndərilməmişdən bir neçə ay əvvəl F.Məmmədlinin anası Sona Məmmədova Criminal.az saytı vasitəsilə ölkə başçısı İlham Əliyevə müraciət edərək əsas günahkar kimi S.Abduyevin məsuliyyətdən yayındırılması ilə bağlı işlər getdiyini, onun cinayət işinin "dərman mafiyası"ndan ayrılaraq ayrıca icraata veriləcəyini bildirmişdi. S.Məmmədovanın müraciətindən 3 ay sonra S.Abduyevin cinayət işinin ayrıca icraata verilməsi məəhkəmədə təsdiqini tapır. 
Criminal.az saytının əldə etdiyi məlumata görə, S.Abduyevin barəsində Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi DTX-nın İstintaq İdarəsində aryıca icraatda davam etdirilir.  İddialar var ki, S.Abduyevin "dərman mafiyası" işindən ayrılması onun məsuliyyətdən uzaqlaşdırılmaq üçün atılmış addımdır.   

Çünki onun rəhbərlik etdiyi idarədən heç bir səlahiyyəti olmayan Əlamət Quliyev həbs edilib. Sadiq Abduyev isə sanki heç komitədə yüksək post tutmayıb, "dərman mafiyası” ilə əlaqələri də olmayıb. Əslində isə "dərman mafiyası” adlı şəbəkə ilə DGK rəsmilərindən Fikrət Qədiməliyevlə Sadiq Abduyev işləyiblər.
S.Abduyevin dərman qaçaqmalçılığından başqa digər qiymətli məhsulların qızıl gül, dərman və mobil telefon manapoliyasına nəzarət edib. Qaçaq yolu ilə həmin malların ölkəyə gətirilməsi birbaşa onun rəhbərlik etdiyi idarədən başlayıb. Bəs belə olan halda o, məsuliyyətdən bu vaxta kimi necə yayına bilmişdı? Onun işi niyə əsas dəstədən ayrılıb? 
Tarix: 3-03-2019, 09:36
Xəbəri paylaş





Xəbər lenti