“İnsanlar varlı məmurlara ona görə qıcıqlıdır ki...” – Sosioloq Əhməd Qəşəmoğlu


Son günlərdə ölkə mediasında bəzi məmurların ma-mülkləri ilə bağlı silsilə siyahılar dərc edilir. Bunlardan biri baş nazirin müavini, eks Bakı meri Hacıbala Abutalıbovdur.

Baş nazirin digər müavini Əli Əhmədovun bu günlərdə qiymətlərindəki bahalıqdan narazılıq etdiyi “Yaşıl Bazar”ın sahibinin H.Abutalıbov olduğu bildirildi. Ardınca isə məlumatlar açıqlandı ki, sözügedən bazarın idarəçiliyi onun oğlu İsrafil Abutalıbov və yaxın adamı olan Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin keçmiş direktoru Ramız Hacıyevə həvalə edib.
Bir çox media orqanları isə bazar məsələsindən istiadə edərək, H.Abutalıbova məxsus digər obyektlərin, mülklərin siyahısını açıqladı. Həmin siyahıdan bəlli oldu ki, paytaxtın Füzuli küçəsi 39–da yerləşən və "sürüşdürülən bina" kimi tanınan binanın 1-ci mərtəbəsini zəbt edən və obyektə çevirən ("Klassik-Şəms") vitse-premyer bundan başqa "Qış parkı"nda yerləşən "Zambaq", "İnnab" və "Palıd" kafelərinin də sahibidir.

Abutalıbovun Yasamal rayonu, Mətbuat prospekti, köhnə "Ovçular" evinin yerində salınmış parkda "Özsüt" və Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən "Sütiş" restoranlarının olduğu, həmçinin Nəsimi rayonu, 647-ci məhəllə, akademik Mirəli Qaşqay küçəsi 61-də vaxtilə Mənzil-İstismar sahəsinin (MİS) yerləşdiyi 103 kvadrat metrlik sahəni də özünə yaxın şəxslərdən Abdullayeva Səmayə Qulam qızının adına rəsmiləşdirdiyi iddia edilir. 

Bu günə qədər də dövlət məmurlarının, deputatların varidatı barədə xeyli məqalə və xəbərlərlə tanış olmuşuq. Fakt isə budur ki, bu sayaq xəbərlər cəmiyyətdə birmənalı qarşılanmır. İnsanlar belə xəbərlərə qıcıqla yanaşır, bu mülklərin əldə edilmə yolları, varidatın mənbəyi ilə bağlı sorğu-sual edirlər. Sosial şəbəkələrdə bu məsələ günlərlə dartışılır.

Bəs sözügedən mənzərə nədən xəbər verir? Cəmiyyətin böyük bir kəsimi varlı məmurlara qarşı qıcıqlıdır, onların maddi durumunu qısqanır, ya necə?

Sosioloq ÆhmÉd QÉÅÉmoÄlu â ile ilgili görsel sonucu

Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, burda insanların dövlətli adamlara qarşı qısqanclığından söhbət gedə bilməz. Müsahibimizin fikrincə, bəzi insanlarda belə bir qısqanclıq ola bilər, amma indi baş verənləri bu kateqoriyada təhlil etmək doğru deyil: “Azərbaycanda 100 il bundan qabaq insanlar varlı adamlara hörmtlə baxıblar. Amma burda bir məqam var: o zənginlik nəyin hesabına yaranıb? Əhalinin iqtisadi vəziyyəti o qədər yaxşı deyil. Böyük əksəriyyətin əməkhaqqı 300 manat ətrafındadır. Belə bir vaxtda hansısa məmurun birdən-birə bu qədər sərvəti üzə çıxırsa, insanlar dərhal başa düşürlər ki, həmin insanların fəaliyyəti eyni zamanda yoxsul adamın da həyat səviyyəsinə təsir edir. İndi Azərbaycanın kifayət qədər böyük gəlirləri var. Hamı deyirdi ki, Azərbaycanın öz sərvəti özünə qalacaq. Amma indi insanlarımız başqa ölkələrdə belə gəliri bizim qədər olmayan insanların təqaüdü, əməkhaqqı barədə eşidirlər. Amma ölkədə  insanların məvacibi yüksək olmadığı halda, məmurların varidatı üzə çıxır. Cəmiyyət də baxır və o məmurların danışığı, intellekti ilə qeyri-adi olmadığını görür. İnsanlar görür ki, bu adam qeyri-adi biri deyil. Sadəcə əlində bir vəzifəsi var”.

Ə.Qəşəmoğlu hesab edir ki, insanların qıcıqlanmasının arxasında olduqca ciddi səbəblər dayanır. Onun sözlərinə görə, bir elmi işçi istedadı, qabiliyyəti ola-ola məqaləsini çap etdirə, məzuniyyətə gedə bilmədiyi halda, milyardları olan məmurlar onda sual yaradır: “Baxır ki, onun həkimə getməyə pulu yoxdur, puzlsuzluqdan xəstəlik tapır. Amma o biri məmur harın vəziyyətdə yaşayır. Bu da avtomatik olaraq paralel aparmağa şərait yaradır. Eyni zamanda insanlarımızda sovetdən qalan psixologoya var. Yaşı 50-60-dan yuxarı olanlar bilir ki, cəmiyyətdə hər zaman məmurların vardiat toplamasına pis baxılıb. Bu, hər zaman tənqid hədəfi olurdu və yüksək cəza alırdı. İnsanlarda bu formada stereotip formalaşıb”.

Sosioloq eyni zamanda bildirdi ki, burda əsas məsələ məmurun sahib olduğu lüksü maaşı ilə əldə etməməsidir: “İnsanlar da bunu görür və qıcıqla yanaşır. Məmur bunu əməkhaqqı ilə almır, əksinə hüquq pozuntusu edir və bu da onlara qarşı neqativ yaradır”.


Tarix: 28-08-2019, 21:47
Xəbəri paylaş





Xəbər lenti