Mövsümün Dövlətovsayağı yazısı və ya arvadını şikəst edən mühacirin vaqiəsi...

 

Aşağıda kiçik ixtisarlarla verəcəyim bu statusun müəllifinin kim olduğunu bilməsəydim, elə zənn edərdim ki, onu sovet dissidenti Sergey Dövlətov xaricə mühacirət edəndən sonra yazıb. Sarkazm, tragikomik reallıq və bəhs edilən tipaj Dövlətovunkulara o qədər bənzərdir ki.

Ancaq bu yazını 23-24 il öncədən tanıdığım Mövsüm Hacıyev yazıb. Zatən, Mövsüm də satira və yumor məsələsində pərgardırÖtən əsrin 90-cı illərinin sonlarını xatırlayıram. O vaxtlar Mövsüm tez-tez işlədiyi rusdilli qəzetləri dəyişərdi və hər dəfə Müsavat başqanı İsa Qəmbərin mətbuat konfransına gələndə təmsil etdiyi yeni qəzetin adını çəkərdi. Bir dəfə İsa Qəmbər onu sancdı: “Mövsüm, indi hansı qəzetdən”? Mövsüm dedi. İsa Qəmbər ikinci sualı verdi: “Mövsüm ölkədə işləmədiyiniz qəzet qalmı”? Mövsümün cavabı bir saniyə də ləngimədi: “Qalıb, İsa bəy. Sizin “Yeni Müsavat” qəzeti qalıb”. 

Dəyərli həmkarım çoxdandır ki, xaricdədir. Əvvəl Belarusdaydı, indi Almaniyadadır. O, bəhs etdiyim statusunda Almaniyada olduğu ilk vaxtları belə təsvir edir:

“Almaniyaya yenicə gəlmişdim ki, Azərbaycandan olan ailə ilə tanış oldum. Daha dəqiqi, miqrasiya xidmətinə ölkəmizdən olan 4 ailə sənəd vermişdi. Ailə deyəndə mən qızım Məryəmlə idim, bir tək oğlan idi, ikisi isə bütöv ailəydi. Onlardan biri onunla fərqlənirdi ki, ikiqat qaçqın idi. Bundan əvvəl Zəngilandan qaçmışdılar. Ailə başçısının adı X. İdi. Biz təbii ki, birlikdə oturub-dururduq. Yemək-içməyimiz bir idi, mağazaya, tibbi prosedurlara birgedirdik. Axşamlar mənim otağımda yığışırdıq, domino və “duraka” oynayırdıq. Məryəmi qadınlar öz yanlarına götürürdülər. 

Bir dəfə X. arvadıyla birlikdə yanıma gəldi.

-Pul sarıdan vəziyyətimiz pisdir. İndi mağazaya getmək lazımdır, bizim cəmi 3 avromuz var. Uşaqlara bir şeylər almaq lazımdır. Bax, bu qızıl zəncirdir, qiyməti 200 avrodur, sənə 70-ə sataram. 

Uşaqlar, o nə demək, nə qızıl? Alın, sizə 20 avro bağışlayıram. Artığına gücüm çatmır.

- Ay çox sağ ol.

Səhər yeməyindən sonra uşaqlarla dayanıb siqaret çəkirdik, birdən X.-nın oğlu qaçaraq gəldi.

-Mövsüm əmi, atam mənə planşet aldı!

Yadımda deyil, mənə nə oldu. Ürəyim bulandı. O birilərinin reaksiyasından da gördüm ki, qızıl zəncir onlara da təklif edilib. Heç kim bir söz demədi

Jurnalist qardaşımız yazır ki, bundan sonra həmin ailədən uzaq durublar. X. onlara yaxınlaşanda məhəl qoymayıblar, davranışları ilə göstəriblər ki, ondan xoşları gəlmir. Ancaq ailə bunu anlamırmış. Bir dəfə Mövsümün çəkdiyi siqaretə görə təhqiramiz ifadə işlədən X. ilə Mövsüm az qala dalaşacaqmış, ətrafdakılar ayırıb. 

Mövsüm öz hekayətini belə davam etdirir: Xoşbəxtlikdən, ertəsi gün bizi müxtəlif şəhərlərə yolladılar. Təxminən yarım ildən sonra yuxarıda dediyim subay oğlanla rastlaşdıq, ordan-burdan danışdıq. Bizim qrupdan yalnız mən oturum iznialmışdım. Oğlan dedi ki, həmin ailəylə ünisyyəti davam edir. Öz işindir, dedim. Telefon nömrələrimizi mübadilə etdik, ayrıldıq. Axşam tanış olmayan nömrədən zəng gəldi: 

-Sənəd almağın münasibətilə təbrik edirəm.

- Sağ ol, X.

- Mənə də kömək edərsən?

- Necə? 
R. mənə dedi ki, 5 alman qadını səndən uşaq doğub. Buna görə sənə dərhal alman vətəndaşlığı Kölndə ikimərtəbə ev veriblər. O qədər pul alırsan ki, qoymağa yer tapmırsan.  

Mən vətəndaşlıq almamışam, oturum izni almışam. Mənim iznim bir ay əvvəl gəlib. rd ay gözünün qabağında olmuşam. Tək ata kimi həmişə Məryəmlə gəzib-dolaşmışam. Dörd ayda alman qadınlar məndən necə hamilə qalmağa, hələ bir doğmağa da macal tapdılar? 


Yox, sən mənə izah elə görüm, sən alman dilini bilməyə-bilməyə, alman qadınları necə bişirdin? Hamısı ingiliscə bilir?

... (Söyüş) !!!
Telefonu söndürürəm. Ertəsi gün başqa nömrədən zəng edir. 

-Bura bax, kömək elə də..

Bu vaxt qədər hirsim soyumuşdu”.

Bu yerdə Mövsüm həmsöhbətinə alman qadınları bişirmək üçün sarkastik tövsiyə verir, amma mən o cür söhbətləri yazıya gətirə bilmirəm. Adam isə ona birlikdə Azərbaycanın səfirliyinə getməyi xahiç edirdeyir, o, savadlı adam olduğu üçün ona alman vətəndaşlığı almaqda kömək etsin, o da ona qonaqlıq verər. Jurnalistin maarifləndirici cavabından, bu sevdadan bir şey çıxmayacağını deməsindən sonra X. incik şəkildə deyir: 

- Kömək eləmək istəmirsən, beləcə də de. 

Mövsümün hekayətinin sonu: 

“Bir sözlə, aradan 5 il keçib. İndi mən onunla qatarda yol gedirəm. Oturum izni alıb. Arvadını maşının altına itələyib, qadın əllillik kateqoriyası alıb, bu sayədə almanlar ona humanitar səciyyəli oturum izni veriblər. Yeni nömrəmi verməyimi xahiş etdi. Vermədim”.

Əlavə şərhə ehtiyac varmı? Bəlkə də var, amma bu yazıda yeri yoxdur. Almaniyada qalmaq üçün arvadını avtomobilin altına itələyib şikəst edən adamın vaqiəsinə daha nə şərh əlavə edəsən. Adamlığın dibi.

Samir SARI
Tarix: 1-09-2019, 16:44
Xəbəri paylaş





Xəbər lenti