"Lotu Quli"nin ad günündən eksküliziv görüntülər


Kriminal aləmdə "Lotu Quli" kimi tanınan "qanuni oğru" Nadir Səlifovun doğum günü Gürcüstanda yaşayan azərbaycanlılar da qeyd edib. Criminal.az xəbər verir ki,  ad günü ziyafətində "qanuni oğru"nun şərəfinə tortlar kəsilib, mahnılar səsləndirilib. Məclisdə qadınlar, qocalar və uşaqlar da iştirak edib. Həmin ziyafətdən görüntüləri təqdim edirik:
Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda N.Səlifov uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.
 
2018-ci il oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin N.Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Azadlığa çıxdığı gün N.Səlifov Gürcüstana, oradan isə türkiyəyə gedib. 
Tarix: 2-09-2019, 17:10
Xəbəri paylaş





Xəbər lenti