"Kosoy Anar" hakim qarşısında- narkotik və silah ittihamı


Soyuq silah saxlamaqda və narkotik satışında ittiham edilən "Kosoy Anar" hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkorik maddə satmaqda və soyuq silah saxlamaqda ittiham edilən 1986-cı il təvəllüdlü Anar Əzizovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində polis əməkdaşı Elnur Bağırov ifadə verib.

Elnur Bağırov qeyd edib ki, Anar Əzizov saxlanılan zaman həyata keçirilən əməliyyatda iştirak edib. O bildirib ki, əməliyyat zamanı Anar qaçıb və sonradan saxlanılıb.

Anar Əzizov isə əməliyyatın evdə keçirildiyini, heç bir yerə qaçmadığını deyib.

"Hasardan düşüb qapını döydülər. Qapını açanda da tutdular. Evin içində hara qaçacaqdım? Qapını da özüm açmışam. Qaça bilirəmsə, qapını açmadan qaçardım"- deyə A.Əzizov qeyd edib.

Polis əməkdaşı suallara cavabında Anar Əzizovu daha əvvəl də tanıdığını deyib. O bildirib ki, Anar Əzizovu yaşadığı Biləcəri qəsəbəsində "Kosoy Anar" kimi tanıyıb.

Polis əməkdaşının suallara cavabında məlum olub ki, Anar Əzizovdan əvvəl Aynur Həsənova saxlanılıb: "Aynur narkotiki Anardan aldığını dedi".

Hakim sual verib ki, niyə Aynur saxlanıldıqdan bir ay sonra Anarın saxlanılması üçün əməliyyat keçirilib?

Polis əməkdaşı Anar Əzizovun gizləndiyini deyib.

Məhkəmə araşdırması davam etdirilir.

Tarix: 10-09-2019, 15:13
Xəbəri paylaş





Xəbər lenti