Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə

       Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirli həbs edilib.
BakuPost-un məlumatına görə, Yasamal rayon Məhkəməsində keçirilən prosesdə R.Əmirliyə 30 sutka həbs cəzası verilib.
O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq), 535.1-ci(Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə ittiham olunub.
Qeyd edək ki, Ruslan Əmirli həmçinin partiya sədri Əli Kərimlinin mühafizəçisidir.
Tarix: 11-09-2019, 16:01
Xəbəri paylaş





Xəbər lenti