Akif Çovdarov kassasiya şikayətini niyə geri götürüb?

 Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov kassasiya şikayətini geri götürüb.

Siam.az APA-ya istinadən xəbər verir ki, cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edən Çovdarov şikayətini geri götürüb.

Çovdarovlar ailəsi əmlaklarının üzərinə qoyulmuş həbs qərarının geri götürülməsi ilə bağlı şikayətlərinindən də imtina ediblər.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmündən Ruslan Çovdarov, qızları Aidə Qasımova, Günay Əmircanova və yoldaşı İbadət Çovdarova apelyasiya şikayəti versələr də, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onların kasasiya şikayətləri təmin edilməyib.

Ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə Akif Çovdarov və digərlərinə hökm elan olunub. Akif Çovdarov Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

Tarix: 26-09-2019, 14:36
Xəbəri paylaş





Xəbər lenti