Xaricdən 9 manata alınan bal marketlərdə 37 manata satılır - QİYMƏTLƏR


Bu ilin avqust ayında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində satılan idxal təbii balın bir kiloqramının orta qiyməti 37,17 manat olub.
 
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,41 manat bahadır. 2023-cü ilin avqust ayında idxal təbii balın marketlərdəki satış qiyməti 34,76 manat idi. 
 
Bununla yanaşı, cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 92,71 ton miqdarında 496,99 min ABŞ dolları dəyərində təbii bal gətirilib. Xaricdən alınan təbii balın bir kiloqramının orta gömrük dəyəri 5,36 ABŞ dolları (9,11 manat) olub.
 
Azərbaycana təbii bal gətirilən ölkələr ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz./Valyuta.az
 



Tarix: Dünən, 21:58
Xəbəri paylaş





Xəbər lenti