Azərbaycanda cərimələr kəskin artırılır və bu addımı, “Avropada da belədir, hətta daha yüksəkdir”, fikri ilə əsaslandırmağa çalışırlar

Cərimələr insan davranışlarını tənzimləyir, tərbiyə edir,...

Bu gün, 15:54           

Cərimələr insan davranışlarını tənzimləyir, tərbiyə edir,...
Azərbaycanda hər sahədə cərimələr kəskin artırılır və bu addımı, “Avropada, inkişaf etmiş ölkələrdə də belədir, hətta daha yüksəkdir”, fikri ilə əsaslandırmağa çalışırlar. Ümumiyyətlə, hökumət ancaq özünə sərf edən məqamlarda Avropanı yada salır, amma demir ki, Avropada minimum əmək haqqı, orta ayılıq qazanc Azərbaycandan bir neçə dəfə çoxdur.
Cərimələr insan davranışlarını tənzimləyir, tərbiyə edir, buna sözüm yox, amma, problemləri bir tək yüksək cərimələrlə həll etmək olsaydı, dünyada cinayətkarlıq, qanun pozanlar qalmazdı. Deməli, yüksək cərimələr ancaq medalın bir üzüdür, digər üzü isə təşviqdir, anlatmaqdır, sosial reklamlardır, məktəbdən, hətta uşaq baxçasından başlanmalı olan təbliğatdır. Bizdə təbliğat, TV-lərdə sosial çarxlar yoxdur və ən əsası, əlaqədar dövlət-hökumət orqanları, cərimələmək səlahiyyəti olanlar vətəndaşın qayda pozmasında maraqlıdırlar və bu hər sahədə belədir – müəllim məktəbdə yaxşı təhsil olmamasında maraqlıdır ki, sonra şagird yanına gəlsin, repetitorluqdan qazansın, həkim xəstənin tez sağalmasında maraqlı deyil ki, yanına çox gedib-gəlsin, daha çox qazansın, DYP nümunəvi sürücüdə maraqlı deyil ki, kimsə qaydaları pozsun, ona da xeyir çatsın – siyahını uzada da bilərəm, amma bütün bunlar bizdə sistemin tərs çalışdığını göstərir.
Cərimələrdə də elədir – diferensial, çoxpilləli və yaxşı mənada qəliz cərimələr sistemi tədbiq etmək əvəzinə, hamıya aid cərimə sistemi var. Elə olmamalıdır, Finlandiya və İsveçdə cərimənin məbləğı vətəndaşın aylıq-illik gəlirindən birbaşa asılıdır. Məsələn, Finlandiyada sürət həddini cəmi 30 km aşan Anders Viklev adlı vətəndaş 120 min avro cərimələnmişdi, çünki multimilyonerdi, bu məbləğ onun 2 həftəlik qazancı qədərdir. Eyni qaydanı, sürət həddini 30 km keçən, məsələn, ildə 40-50 min avro gəliri olan isə bu pozuntuya görə 100 avro civarınad cərimə ödəməli olacaqdı. Eyni yanaşma İsveçdə də var – bundan başqa cərimənin məbləğinə qayda pozan şəxsin keçmişi də təsir edir, hətta hansısa qaydanı ilk dəfə pozan vətəndaşa sadəcə xəbərdarlıq edib, izah edib buraxırlar.
P.S. Anders Viklev cəriməni ödəyəndə jurnalistə demişdi ki, bu gün Finlandiyada səhiyyə xidmətinə əlavə 1,5 mlrd avro pul lazımdı – ümid edirəm ki, ödədiyim cərimə bu istiqamətə xərclənəcək. Bunu niyə yazdım – çünki, bizdə ödədiyimiz cərimələrin nəyə xərcləndiyini də bilmirik...
Natig Jafarli
Siam-az.com
Tarix: Bu gün, 21:17
Xəbəri paylaş





Xəbər lenti