Tərtərdə növbəti “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb - FOTO

Tərtərdə növbəti “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman
Kompleksində növbəti “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start
götürüb.
Düşərgənin keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik, milli qürur və
ləyaqət ruhunu gücləndirimək, onları ordu sıralarında xidmətə hazırlamaq,
habelə mənəvi psixoloji və hərbi-fiziki hazırlığı artırmaq, eyni zamanda şanlı
Zəfər tarixini təbliğ etməkdir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov düşərgədə
gənclərlə görüşüb.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrundan canlarını qurban vermiş
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni
səsləndirilmişdir.
Sonra rayon rəhbəri gəncləri salamlayaraq, onlara “xoş gəlmisiniz”,- deyib və
onlara Tərtər rayonu, onun infrastrukturu, inkişaf proqramı, 44 günlük Vətən
Müharibəsində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində
rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat
verib. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər şəhərinə və
yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan
olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan
dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb
müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, məscid və inzibati binalara, 83
çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə,
18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən
ziyan çəkmiş yaşayış və qeyri yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050
baxış keçirilib. Dövlət rəsmilərinin dediyi kimi “Tərtər Ermənistanın nasizminə
qarşı Azərbaycanın Stalinqradı” olduğunu bildirib.
Sonra Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyyəsi sektorunun
müdiri Elşən Hüseynov, Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev çıxış
edərək gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, onları sağlam
həyat tərzinə təşviq etmək və şanlı zəfər tarixində ordumuzun keçdiyi döyüş
yolundan bəhs etmişlər.
Tərtər Olimpiya İdman kompleksində keçirilən hərbi-vətənpərvərlik
düşərgəsində "Mübarizlər", "Aslanlar", "Canavarlar", "Şahinlər" və "Əqrəblər"
komandalara Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbçiləri tərəfindən
sıra, topoqrafiya, mühəndis, komandir, kəşfiyyat, atəş hazırlığı və digər hərbi
təlimlər keçiriləcək.
Düşərgədə Mingəçevir Dövlət Universitetinin 50 gənci birincilik uğrunda
mübarizə aparacaq.



Tərtərdə növbəti “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb
Tərtərdə növbəti “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb
Tərtərdə növbəti “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb
Tərtərdə növbəti “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb

Tarix: Dünən, 21:38
Xəbəri paylaş





Xəbər lenti