Hakimiyyət nümayəndələrinin facebook fəaliyyəti – kim nə yazır?


Son zamanlar hakimiyyət təmsilçiləri facebookda aktiv fəaliyyətə keçiblər. Onlar bir-birilərinin ardınca bu sosial şəbəkəyə axın etməyə başlayıblar. Paylaşdıqları statuslar isə kifayət qədər maraq doğurur.

Bu onların paylaşımlarına gələn bəyənmələrdə və rəylərdə müşahidə olunur.

İqtidar nümayəndələrinin facebookda son olaraq nədən, kimdən yazdıqlarına nəzər saldıq.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov facebookda ən fəal olan iqtidar təmsilçilərindən biri sayılır. O, öz səhifəsində ölkədə gedən proseslərə, baş verən hadisələrə daha çox diqqət ayırır, çıxışlarını paylaşır.

Əli Həsənov facebook ile ilgili görsel sonucu

Baş Nazirinin və YAP sədrinin müavini-İcra katibi Əli Əhmədovun son statusu virtual müxalifətlə bağlıdır. O, yazını bu müxalifətin iflasına həsr edib.

YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov ile ilgili görsel sonucu

Hakim partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov facebookda yenilərdəndir və kifayət qədər fəaldır. O, son olaraq, Space TV-də “Sadə həqiqətlər” verilişinin qonağı olub və bunu öz səhifəsində paylaşıb.

Siyavuş Novruzov ile ilgili görsel sonucu

Virtual məkanda bəlkə də ən fəal olan iqtidar təmsilçisi deputat, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadədir. O tez-tez canlı yayımlar edir, vətəndaşların problemləri ilə maraqlanır, onların suallarını cavablandırır. Eyni zamanda, keçirdiyi görüşlər barədə məlumat xarakterli fotolar paylaşır.

YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə ile ilgili görsel sonucu

Aktiv olanlardan biri də “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovdur. O, son olaraq, yuxarıda qeyd etdiyimiz Ə.Əhmədovun “Virtual müxalifətin iflası” adlanan məqaləsini paylaşıb.

Bəxtiyar Sadıqov ile ilgili görsel sonucu

YAP-çı deputat, politoloq Elman Nəsirov da aktiv facebook istifadəçisidir. O, səhifə deyil, profil işlədir. Daha çox müsahibələrini istifadəçilərə təqdim edir.

politoloq Elman Nəsirov ile ilgili görsel sonucu

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyevin iki profili fəaliyyət göstərir. Onun öz adından əlavə, Nuhun Həmzə adlanan profili də var. O, son statusunda gəncəlilərə müraciət edərək, kitab oxumağa marağın artdığını nəzərə alaraq, 100 kitab hədiyyə etmək istədiyini qeyd edib. Rəylərə kimin hansı kitabdan xoşu gəlirsə, onu qeyd etməyib xahiş edib.

Naqif Həmzəyev ile ilgili görsel sonucu

Hakimiyyət nümayəndələrindən feysbuqda fəal olan xanımlar da az deyil.

Onlardan biri YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızıdır. O, 1 oktyabr Beynəlxalq Ahılların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar rəhbəri olduğu rayon təşkilatının ahıllara baş çəkdiyi barədə məlumat verib.

, deputat Məlahət İbrahimqızı ile ilgili görsel sonucu

İqtidar partiyasının Şəmkirdən olan deputatı Sona Əliyeva da aktiv istifadəçilərdəndir. Xanım deputat Milli Məclisin payız sessiyasının ilk plenar iclasınının başlandığı barədə məlumat paylaşıb.

Sona Əliyeva ile ilgili görsel sonucu

Daha bir YAP-çı deputat - Sevinc Fətəliyeva da sosial şəbəkədə aktivdir. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü olan Sevinc xanım son statusunda AŞ PA-nın başlayan payız sessiyasından foto paylaşıb.

Sevinc Fətəliyeva ile ilgili görsel sonucu

Parlament sədrinin müavini, YAP təmsilçisi Bahar Muradova da facebookdadır. O qədər aktiv görünməsə də, ara-sıra paylaşımlarına rast gəlmək mümkündür.

İlgili resim

YAP-çı deputat Nəsib Məhəməliyevi də aktiv saymaq olar. Həm Azərbaycan, həm də rus dillərində statuslar paylaşan deputat son yazısını Bakı Bulvarının gözəlliyinə həsr edib.

YAP-ın Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov da fəal istifadəçilərdəndir. O, təmsilçisi olduğu partiyanın və şəxsinin fəaliyyətini daha çox təbliğ edir.

Yazıçı, YAP deputatı Hüseynbala Mirələmov isə çox passivdir. Sanki “burada mən də varam” görüntüsünü yaradır. Təsadüfi deyil ki, deputatın bircə paylaşımı var, o da profilinə fotosunu qoyub.

Akademik, YAP deputatı Nizami Cəfərovun isə profili qeyri-aktivdir. O, sonuncu paylamının iyunun əvvəllərində edib.

Tarix: 30-09-2019, 22:06
Xəbəri paylaş





Xəbər lenti