Azərbaycanlı kriminal avtoritet düşmənlərindən qaçıb


Lotu Qulu Nadir Səlifov

 Azərbaycanın əsas kriminal avtoriteti, "Quli" ləqəbi ilə tanınan Nadir Səlifov yaşayış yerini dəyişərək Türkiyədən Qətərə gedib.


Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, artıq "Quli" Qətərdə, xüsusi mühafizə xidməti altında yaşayacaq. Onun yaşayış yerini dəyişdirməsinin səbəbi olaraq, kriminal aləmdə ona qarşı yaranan sualların olduğu göstərilir.

Belə ki, kriminal aləm, Səlifovun göstərişli həyatının fotolarını çəkərək sosial şəbəkələrdə paylaşmasından narazıdır. Oğrular "Quli"ni həftələrlə "Vor Toplantısı"na çağırsalar da, onun bu görüşlərdən nömrələrini və yaşayış yerlərini dəyişərək qaçdığı bildirilib. Sentyabrda isə qanuni oğrular birləşərək Səlifovun "vor" titulunu əlindən almağı qərara alıblar.

Buna səbəb isə Səlifovun Qazaxstanda Təhlükəsizlik orqanının işçisi olaraq fəaliyyət göstərdiyi təxmin edilən "Vəhşi Arman" (Arman Cumangəldiyev) ləqəbli şəxslə işbirliyi etməsi olub.



Tarix: 5-10-2019, 23:13
Xəbəri paylaş





Xəbər lenti