“Kişilərimiz qollarını açıb ceyran kimi süzür, Qarabağ isə 30 ildir işğal altındadır”


Zərdüşt Əlizadə: “Nə Ermənistan hakimiyyətinin şüuru çatır ki, sülhə hazırlaşsın, nə də...”




Türkiyə və Rusiyanın Suriya məsələsində bəlli bir müddətdir ki, ciddi anlaşma şəraitində hərəkət etdiyi, qarşılıqlı əalqələri inkişaf etdirdiyi göz önündədir. Bəs Suriyadakı Türkiyə-Rusiya anlaşması Qarabağ məsələsində də təkrarlana bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə iki dövlət arasındakı anlaşma və əməkdaşlığın Qarabağ məsələsində keçərli olmadığını bildirdi:

“Suriyada Türkiyə-Rusiya anlaşması, işbirliyi Qarabağa adi deyil. Qarabağ Rusiyanın əlində sehirli bir açardır. Rusiya bu sehirli açar vasitəsi ilə münaqişə tərəflərini nəzarətdə saxlayır. Rusiya bu sehirli açarı kimsəyə vermək fikrində deyil. Nə Ermənistanda hakimiyyətin, siyasi sinfin şüuru çatır ki, öz xeyrini anlayıb hansısa sülhə hazırlaşsın. Nə də Azərbaycan bu məsələdə qətiyyət sərgiləyib konkret addımlar atmır. Buna görə də münaqişə faktiki olaraq dondurulub. Rusiya bu sehirli açar vasitəsi ilə Cənubi Qafqazı öz nəzarətində saxlayır.

Görünən odur ki, mövcud durum cəmiyyətdə də lazımi qədər narahatlıq doğurmur. Kişilərimiz qollarını açıb ceyran kimi süzür. Qarabağ isə 30 ildir işğal altındadır”.

 


Tarix: 29-10-2019, 10:42
Xəbəri paylaş





Xəbər lenti