Bunlarda uşaqdır, bəyəm bizdə dovşandır...? - Xətaidə qonşular arasında "didişmə" - VİDEO






Moderator.az-a müraciət daxil olub. 

Bildirilir ki, Bakı şəhəri Xətai rayonu Şirvani küçəsi 3 ünvanında yaşayan sakinlər özbaşına olaraq ümumi yoldan binaya giriş olan məhəlləarası yolu bağlayıb. Təxminən 6-7 aydır ki, yol bağlı olduğundan qonuşu olan Babək prosspekti 86 və 88 saylı binaların qarşısı tıxac olur. 
Həmin sakinlər, hətta zəncirlənmiş yerə özbaşına yol nişanı da qoyublar. İsrar edirlər ki, bizim həyət sakit olmalıdır. Bu da orada və həmin binaya yaxın ərazidə yaşayanların evlərinə avtomobillə getmələrinə əngəl törədir. Demək olar ki, qonuşu binaların qarşısında avtomobil əlindən tərpənmək mümkün olmur. 

Sakinərin dediyinə görə müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə müraciətlərinə baxmayaraq məsələ öz həlini tapmır. Televiziyalarda dəfələrlə bu vəziyyətdən süjetlər hazırlayıblar. Təəssüf ki, son günlər qonuşular arasında gərginlik artır. Polis isə yolu açmaqda israrlı deyil.



Tarix: 30-10-2019, 23:40
Xəbəri paylaş





Xəbər lenti