Deputat Sevinc Fətəliyeva qalmaqallı “Primakov müsabiqəsi”ndən DANIŞDI

Deputat Sevinc Fətəliyeva qalmaqallı “Primakov müsabiqəsi”ndən DANIŞDI

Deputat Sevinc Fətəliyeva qalmaqallı “Primakov müsabiqəsi”ndən DANIŞDI

“Bir neçə gündür saytlarda və sosial şəbəkələrdə mənim və həmkarlarımın Primakovun 90 illik yubleyi ilə əlaqədar Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyində həyata keçirilən tədbirdə iştirakımızla bağlı əsassız, heç bir fakta söykənməyən iddalar irəli sürülür”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva vaxtilə Azərbaycanda 20 Yanvar qırğınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun  90 illik yubileyi ilə bağlı Bakı Slavyan Universitetində  keçirilmiş esse müsabiqəsində esse müəlliflərinin mükafatlandırılmasında iştirak etmələrinə münasibət bildirərkən deyib.

Xanım parlamentari bildirib ki, məlumatın dəqiqliyini yoxlamadan, başqa bir tədbirdə çəkilmiş şəkli yayımlayaraq, onun əsasında rəylər ifadə etmək qərəzdən başaqa təsəvvür yaratmır:

“Nəzərə alsaq ki, hər üçümüz Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil edir və AŞPA-nın nümayəndə heyətinin üzvüyük, yanaşmanın hansı məqsədlə həyata keçirilməsi haqda aydın təsəvvür yaranır. Bu kampaniyanı həyata keçirənlər unudurlar ki, yalana əsaslanan iddalar heç bir zaman reytinq gətirmir və bütün bunlara cavab dövlətimiz naminə həyata keçirdiyim real fəaliyyətdir. Gəlin xoş məramlı olaraq, dövlətmiz naminə, gələcəyimiz naminə birgə fəaliyyət göstərək, əsassız iddia və cəfəng fikirləri irəli sürənlərə məqsədlərinə çatmağa şərait yaratmayaq!”

Qeyd edək ki, Primakovun 90 illik yubileyi  münasibətilə keçirilən esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimində parlamentdə təmsil olunan deputatlar Səməd Seyidov, Sahibə Qafarova və Sevinc Fətəliyevanın adı çəkilir. Hər 3 deputatın  esse müəlliflərinin mükafatlandırılma mərasimində iştirak etməsi ilə bağlı material "Azərbaycan müəllimi" qəzetinin rəsmi www.muallim.edu.az saytında oktyabrın 15-də yerləşdirilib.

Siam.az

Tarix: 1-11-2019, 15:59
Xəbəri paylaş





Xəbər lenti