Müstəqiı araşdırmaçı jurnalist, deputat Adil Əliyevə cavab verdi - SƏNƏDLƏR

       
Müstəqiı araşdırmaçı jurnalist, deputat Adil Əliyevə cavab verdi - SƏNƏDLƏR
Teref.az yazır ki, millət vəkili Adil Əliyevin Dadaşlınskiyə verdiyi müsahibədən sonra müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli ona cavab verib! Cavanşir bəyin cavabını sizə təqdim edirik:
Adil Əliyev deyir ki, millət vəkili imkanlı şəxslərdən olmalıdır. Deputatın fikirləri "a qarğa, məndə qoz var' məsəlinə oxşadı.
Görək, cənab Əliyevin 2001-ci ildə Çexiyada Baqdasaryan və Tovmassiyandan 300 min dollara aldığı, 2016-cı ildə qardaşı Allahverdi Əliyevin adına keçirdiyi şirkətlərin nə qədər dövriyyəsi var?
Çexiya Maliyyə Nazirliyinin reyestr xidmətinə daxil edilmiş son maliyyə hesabatlarına görə West End Center s.r.o. və Ran Limited s.r.o. şirkətlərinin aktivlərinin cəmi 43 milyon (2 milyon dollara yaxın) krona yaxındır.
Deputatın əvvəllər Xarici İşlər Nazirliyində işləmiş, 217-ci ildən isə ikinci dərəcəli fövqəladə və səlahiyyətli səfiri kimi Azərbaycan respublikasının Rusiyadakı ticarət nümayəndəsi kimi fəaliyyətini davam etdirən qardaşı oğlu Ruslan Əlıyevin Moskvadakı "Kapital sığorta" şirkətindəki səhmlərinin isə bu mövzuya dəxli olmaya bilər. Amma cənab Əliyev vaxtilə Çexiyadakı şirkətlərə qardaşı oğlu ilə şərik idi.
Siz deyin, Adil Əliyev növbəti dəfə deputat pla bilər, yoxsa yox?

Qarşı töərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Teref.az




Tarix: 6-11-2019, 09:12
Xəbəri paylaş





Xəbər lenti