Müstəqil araşdırmaşı jurnalist Cavanşir Həsənli yeni araşdırması ilə sosial şəbəkədə paylaşım edib. Cavanşir bəy yazır: Səfər Əbiyev müdafiə naziri olanda təkcə bir il ərzində (2010-cu il) dövlət satınalmaları üzrə 6 dəfə sarımsaq tenderi keçirmişdi. Bu məqsədlə həmin il toplam 621 min 300 manat vəsait "xərclənmişdir".
* Müdafiə Nazirliyi sarımsaq) - Bakı zonası Sünbül KFT - 159,500.00 manat * Müdafiə Nazirliyi (sarımsaq) - Gəncə zonası Zəhmət MMC - 208,000.00 manat * Müdafiə Nazirliyi (sarımsaq) - Beyləqan zonası Bostançı KFT MMC - 105.000,00 manat
* Müdafiə Nazirliyi (sarımsaq) - Masallı zonası İlqar-06 MMC - 13.200,00 manat * Müdafiə Nazirliyi (sarımsaq) - Qusar zonası Araz-MS MMC - 8800.00 manat * Müdafiə Nazirliyi (sarımsaq, soğan) - "MÜDÜR" KFT MMC, Tural KFT, İlqar-06, XəZər MMC - 126,800.00 manat.
Səfər Əbiyev nə vaxtsa memuarlarında yazacaq ki, sarımsağın iyi ön cəbhəyədək yayılmışdı, amma Bakıda bunu hiss edən olmadı.../Teref.az/