Bu şəhərin bazarlarında iş Allaha dua ilə başlayır- İbrətamiz...-FOTOLAR+VİDEO


"Bizim bir sıra alverçilər  isə işlərini  xaşla “yüz-yüz” vurmaqla, yəni haramla, Allahın əmrindən çıxmaqla  başladırlar. Sonra da..."




Türkiyənin Aydın əyalətinin  müxtəlif ilçələrindəki bazarlar hər səhər Yaradana xüsusi dua ilə açılır. 
Moderator.az-ın Haberler.com-a istinadla verdiyi xəbərdə belə deyilir. İncirliova ilçəsinin bələdiyyə başqanı Aytekin Kayanın sözlərinə görə,  buradakı bazarda bəhs edilən ənənə artıq 50 ildir davam etdirilir. Bu ibrətamiz ənənənin əsasını 1969-cu ldə İncirliovanın mərhum bələdiyyə başqanı Yaşar Kocabıyık qoyub. Hər səhər tezdən bazarlarda satıcılar işə başlamamışdan öncə din xadimləri xüsusi otaqdan səsgücləndiricilər vasitəsilə bazar duasını oxuyurlar. Dua oxunan bazarların satıcı və alıcıları bu gözəl ənənədən çox məmnundurlar. Onlar hər səhər qulaqlarıyla eşitdikləri, özlərinin də təkrar etdikəri duaların gündəlik işlərinin uğurla keçməsində, gün boyu xoş əhvali-ruhiyyədə olmalarında böyük rol oynadığını ifadə edirlər.
Sözügedən bazar duasını Türkiyə türkcəsində olduğu kimi nəzərinizə çatdırırıq: 

“Hamdü sena alemlerin Rabbi olan Yüce Allah'a. Salatü selam Hz. Muhammed Aleyhisselama Efradı ailesine ashab ve ümmetine ve büyük milletine olsun. Bize bizden yakın olan Yüce Rabbimiz, işlerimizi kolaylaştır, rızkımızı bollaştır, haramdan uzaklaştır, helaline yaklaştır, bizi hoşnutluğa ulaştır. Her türlü zorluktan, varlık içinde darlıktan, kibir ile mağrurluktan, aldatmak ve aldatılmaktan, sonunda pişmanlıktan sen bizi koru. Rabbimiz, biz yanlız sana kulluk eder, her türlü yardımı da ancak senden dileriz, isteriz. Ellerimizi boş çevirme, bizleri doğru yola ilet. Ticaret ve kazançlarımızı bereketli eyle. Rabbimiz, cesaret ve metanetli, ahlak ve faziletli işlerimizde sadakatli eyle bizi. Yüce Rabbimiz korkmayan kalpten, kabul olmayan duadan, fenalıklara doymak bilmeyen nefsimizin şerrinden sen koru. Beldemizi, güzel yurdumuzu faziletli ve asil milletimizi, bizi, sana ulaştıran her şeyimizi yerden ve gökten, dıştan ve içten gelebilecek bütün kötülük ve musibetlerden sen koru hepimizi Rabbimiz. Amin, Taha ve Yasin Velhamdülillahi rabbil alemin. El-Fatiha...”

P.S. Nə yazıqlar ki, bizim bir sıra alverçilər  isə bazardakı işlərini hər səhər tezdən xaşla “yüz-yüz” vurmaqla, yəni haramla -Allahın əmrindən çıxmaqla başladırlar. Sonra da şikayət  edirlər ki, pulumuzun bərəkəti yoxdur, dolanışıq yoxdur...

Sultan Laçın



Tarix: 12-11-2019, 08:47
Xəbəri paylaş





Xəbər lenti