“Sovetski”nin narazı sakinlərini eşidən yoxdur

Yasamal rayonu, “Sovetski” adlanan ərazidə yaşayan sakinlər mənzillərinin düzgün ölçülməməsi və kompensasiyanın az ödənilməsindən şikayətçidirlər. Özləri müstəqil ekspertlər vasitəsi ölçmə işləri aparsalar da buna məhəl qoyan yoxdur. Dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, hər dəfə şikayətləri eyni adama, Yasamal Rayon İcra Hakimiyyətinin Cavanşir adlı məmuruna göndərilir. Sakinlərin bildirdiyinə görə, ərazidə 20-yə yaxın ailə hələ də köçməyib. Onların razı salınması əvəzinə, kommunal şəraitinə müdaxilə olunur. Yasamal rayonuna təyin olunan yeni başçı Elşad Həsənov xələfi Əziz Əzizovun yolu ilə gedir.

Tarix: 29-11-2019, 09:36
Xəbəri paylaş





Xəbər lenti