Bir-birinə hörmət edə bilməyən deputatlarımız…

Milli Məclisdə yeni Ombudsmanın seçilməsi zamanı deputat Elmira Axundova ilə parlament sədri Oqtay Əsədov arasında intriqa yaranıb. İntriqanı çayxanada deputatlar parlamentin buraxılması ilə əlaqələndiriblər. Belə ki, Ombudsmanın seçilməsi zamanı çıxış edən Elmira Axundova Ombudsman Elmira Süleymanovanın fəaliyyətini təqdir edərək, yeni seçiləcək ombudsmanlara uğurlar arzulayıb. Nitqini bitirən Elmira Axundova mikrofon söndürülən zaman deyib ki, imkan verin deputatlar fikirlərini bildirsinlər. Məsələyə reaksiya verən Oqtay Əsədov deyib ki, iclası mən aparıram. “Siz özünüz danışıb, özünüz də iclası aparırsınız. İmkan verin iclası davam etdirək”, – Oqtay Əsədov deyib.

Tarix: 30-11-2019, 21:54
Xəbəri paylaş





Xəbər lenti