Qarabağ qazisi Rüxsarə Cumayeva: “Müharibədən sonra cəmiyyət bizi qəbul etmədi, çünki …” - Videomüsahibə, FOTOLAR

Bir neçə gündür ki, sabiq deputat Cümşüd Nuriyevin qadın batalyonunda döyüşən qadınları təhqir etməsi, sonradan üzr istəməsi cəmiyyətdə müzakirə obyektinə çevrilib. 

Bu olay cəmiyyətdə neqativlik yaratsa da, Qarabağ qazisi olan qadınlar barədə böyük bir mövzunu bir daha gündəmə gətirmiş oldu. Maraqlıdır, hazırda həyatda olan nə qədər qazi qadınlarımız var, onların yaşayış şəraiti, sağlamlığı nə yerdədir?

Mövzu ilə bağlı Qarabağ qazisi, Tutu ləqəbli Rüxsarə Cumayeva “TV Müsavat”ın qonağı olub. 

O, qadınların müharibədəki rolundan, göstərdiyi xidmətlərdən danışıb, bilmədiyimiz qəhrəmanlar barəsində maraqlı faktlar açıqlayıb, hazırda həyatda olan qazi qadınların ağır vəziyyətindən söz açıb


Maraqlı müsahibəni aşağıdakı linkdən izləyə bilərsiniz. 


 



Tarix: 1-12-2019, 15:58
Xəbəri paylaş





Xəbər lenti