Ailəsi məhbusun taleyindən narahatdır

Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində çəza çəkən “Gəncə məhbusu” Elvin Nəzərovun səhhətindəki problemlər hələ qalır. Onun Müalicə müəssisəsinə köçürülməsi məsələsi isə həll olunmur. Həyat yoldaşı Şəbnəm Nəzərovanın “Azadliq” qəzetinə verdiyi məluma görə Cəzaçəkmə müəssisəsinin rəhbərliyi Elvinin vəziyyətinin ağırlığından yataqdan qalxa bilməməsini rejim qaydalarına əməl etməsi kimi dəyərləndirir. Buna görə ona cəza veriləcəyini bildiriblər. Elvin Nəzərov bildirib ki, onun işgəncə görmədiyi yeganə yer hələki 2 saylı CÇM-dir, orada da ona işgəncə verəcəklərsə buyursunlar. Müəssisənin Eldəniz adlı rəis müavini deyib ki, bizim də öz metodlarımız var, onlardan istifadə edəcəyik. Şəbnəm Nəzərovanın bildirdiyinə görə artıq iki gündür, Elvinlə əlaqə saxlaya bilmirlər. Onun telefon zənglərinə məhdudiyyət qoyulub. Buna görə də Elvin Nəzərovun taleyindən çox narahatdırlar.

İstirahət günü olduğu üçün Penitensiar Xidmətdən məsələ ilə bağlı məlumat ala bilmədik.

Tarix: 1-12-2019, 22:17
Xəbəri paylaş





Xəbər lenti