“Azəriqaz” abonentlərdən qanunsuz pul tələb edən şəxsin görüntülərini yayıb – VİDEO



Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır.

Bu barədə “Cümhuriyyət”ə “Azəriqaz”dan bildirilib. Qeyd olunub ki, hər abonentdən 10 manat tələb edilir: ““Azəriqaz” İstehsalat Birliyi olaraq bildiririk ki, əməkdaşlarımız abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir”.

Qeyd edək ki, həmin şəxs müşahidə kameralarına düşüb.

Sözügedən videonu təqdim edirik.





 


Tarix: 4-12-2019, 22:11
Xəbəri paylaş





Xəbər lenti