Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 min manat (FOTOLAR)

 Baş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşl?ri üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Əli Həsənovun qalmaqallı nəvəsi gözlənilməz addım atıb.

Qaynarinfo xəbər verir ki, sabiq məmurun nəvəsi bahalı avtomobil nömrələrini satışa çıxarıb.

Belə ki, Nail Allahverdiyev elan saytlarından birində nömrələri satışa çıxarıb. O, 10-PP-203, 10-YY-203 və 10-OO-203 seriyalı 3 nömrəyə 20 min manat qiymət qoyub. Elan Nail Allahverdiyevin yaşadığı Sumqayıt şəhərindən yerləşdirilib.
 
Tarix: 5-12-2019, 22:44
Xəbəri paylaş





Xəbər lenti