BAŞLANDI! Putin koreyalıları müharibəyə yolladı, neft anbarları BOMBALANDI – CANLI

“Şimali Koreyadan olan minlərlə hərbçi ilin sonunadək Rusiya-Ukrayna müharibəsinə qoşulacaq. Bu məqsədlə onlar hazırda Rusiyanın ərazisindəki hərbi təlimlərə cəlb olunub”. Bu barədə iddia ilə “The Washington Post“ nəşri çıxış edib. Yazıda bildirilib ki, artıq onlardan bir qismi Ukraynaya göndərilərək hərbi əməliyyatlarda iştirak edir. Rəsmi Moskva yayılan iddialara şərh verməsə də, qəzetin mənbəyi iddiaların əsassız olmadığını açıqlayıb.

Ukrayna PUA-ları isə Luqansk vilayətinin Rovenki şəhərində (Rusiyanın işğalındadır – red.) neft anbarına hücum edib, nəticədə yanğın baş verib. Rusiya mediası məlumat yayıb.

“Bu gecə 10 pilotsuz təyyarə Rovenkidəki neft anbarına hücum etdi, onlardan 8-i hava hücumundan müdafiə qüvvələri tərəfindən vuruldu, yalnız ikisi hədəfə çatdı. Təxminən səhər saat 7.00-da (Moskva vaxtı ilə) yanğın söndürülüb”, - məlumatda deyilir.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun moderatorluğu ilə Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı və MCP sədrinin müavini – siyasi ekspertlər Məhəmməd Əsədullazadə müzakirə aparırlar.


Tarix: Bu gün, 12:38
Xəbəri paylaş





Xəbər lenti