“İcra hakimiyyətində dedilər ki, nədi dördəmlərini bayraq etmisən...”






Astara rayon İcra Hakimiyyətində dördəmləri dünyaya gələn ailəyə köməklik göstərilmir. Moderator.az-a danışan Astara rayon Motlayataq kənd sakini Mahmudov İsmayıl Ramazan oğlu beş uşağıyla yaşadığı uçma təhlükəsi olan evində çarəsiz durumdadır. İ.Mahmudov olanları saytımıza belə nəql edib:

“Mən Mahmudov İsmayıl Ramazan oğlu 1982-ci ildə Astara rayon Moltayataq kəndində anadan olmuşam. Ailəliyəm və beş övladım var. Özüm üçüncü qrup əliləm və fəhlə işləyərək ailəmi dolandırıram. 2015-ci ildə bizim dördəmlərimiz dünyaya gəldi. Onlardan üçü oğlan və biri isə qız övladıdır. Bundan sonra bir övladım da dünyaya gəldi və mən neçə illərdir ki, yeddi nəfər ailə üzvümlə qohumuma məxsus uçma təhlükəsi olan evdə yaşayıram. Dördəmlərin dünyaya gəlməsindən sonra müvafiq dövlət qurumlarına müraciət etdim ki, uşaqları böyütmək üçün maddi köməklik göstərsinlər. 


Astara rayon İcra Hakimiyyətində mənə dedilər ki, nə olub dördəmlərini əlində bayraq edib pul istəyirsən. İstəyim o idi ki, heç olmaya mənə bir ev tikilməsi üçün köməklik göstərələr, amma heç kim köməklik göstərmədi. Artıq uşaqların beş yaşı var və gələn il məktəbə gedəcəklər. Dörd uşağı bir dəfəyə birinci sinifə göndərəcəm, amma bunun üçün maddi imkanım yoxdur. Sizdən xahişim odur ki, müvafiq qurumlar mənə köməklik göstərsinlər”.

Siam.az





Tarix: 7-12-2019, 21:34
Xəbəri paylaş





Xəbər lenti