Kəramət Böyükçöldə də deputat olmaq istəyir – “Görək hakimiyyət doğrudanmı gənclərə imkan verəcək...”

 

Yazıçı Kəramət Böyükçöl də 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
 
Pravda.az-ın xəbərinə görə, K.Böyükçöl 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürəcək.
 
“Sabahdan işlərə başlayıram. Demirəm, yüz faiz deputat olacağam. O qədər sadəlövh deyiləm. Sadəcə, həm bəxtimi, həm də ölkəmi sınayım, görüm fikirlərimdə yanılmamışam ki? Bütün hallarda mənim gözümdə Azərbaycan xalqı yalnız soğan əkməyə, Azərbaycan müəllimi fəhlə işləməyə layiq deyil. Sevgilər! İnanıram ki, dəstəkləyənlər çox olacaq. Amma görək hakimiyyət doğrudanmı gənclərə imkan verəcək. “Facebook” dostlarımdan da xahiş edirəm, dəstəyini əsirgəməsinlər, fikir və təkliflərini rəydə yazsınlar. Getdim. Uğurlar! Kömək etməsəniz də, xeyir-dua verin, bəsimdir” – o qeyd edib.
Tarix: 16-12-2019, 08:28
Xəbəri paylaş





Xəbər lenti