İcra başçısı muğam müsabiqəsinin qalibi ilə görüşdü

 
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, 2017-ci il 6-cı Televiziya Muğam Müsabiqəsinin qalibi, həmyerlimiz Nurlan Namazovla görüşüb.
 
Modern.az xəbər verir ki, gənc və istedadlı ifaçı ilə söhbət aparan icra başçısı Azərbaycan xalqının milli sərvəti olan muğamın mənəvi dəyərimiz kimi qorunub saxlanılmasında, beynəlxalq miqyasda yüksək  səviyyədə təbliğində, yeniyetmə və gənclərimiz arasından yeni muğam ifaçılarının üzə çıxarılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun misilsiz xidmətlərini vurğulayaraq, bu dəyərli missiyanı yüksək qiymətləndirib.
 
Goranboyda da muğam sənətinin  gənc istedadlara tədris edilməsi məqsədi ilə, musiqi-incəsənət məktəblərində ustad dərslərin keçirilməsini və bu istiqamətdə  öz bilik və bacarıqlarından istifadə  etməsini, həmçinin rayon ictimaiyyəti qarşısında solo konsertlə çıxış etməsini Nurlan Namazova tövsiyyə edən Məhərrəm Quliyev gənc ifaçıya gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
Tarix: 18-12-2019, 22:31
Xəbəri paylaş





Xəbər lenti