Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətini başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı tutulub.
Lent.az həbs edilən N.Quliyevin dosyesini təqdim edir.
N.Quliyev 1954-cü il sentyabrın 1-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqtisadiyyatı və təşkili institutunun aspiranturasını bitirib. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. İqtisad elmləri namizədidir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il sentyabrın 24-dəki sərəncamı ilə Goranboy rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. N.Quliyev 2019-cu il aprelin 5-də isə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Nizaməddin Quliyev 2014-cü il sentyabrın 2-də Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.