YAP-ın Ağstafa rayon təşkilatının sədri HƏBS OLUNDU

 Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs olunub.
Onların ötən gecə saxlanılaraq Bakıya gətirildiyi bildirilir.
İcra başçısı və birinci müavininin külli miqdarda rüşvətə görə saxlanıldığı bildirilsə də, hələlik bu barədə rəsmi açıqlama yoxdur.
Modern.az-ın məlumatına görə, Ağstafa rayon İcra Hakimiyyəti başçısının həbs olunan birinci müavini Ramiz Tatarov həm də hakim Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının sədridir.
O, YAP-ın Ağstafa rayon təşkilatının VII konfransında  sədr seçilib.
Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahından - mətbuat xidmətindən fakta münasibət bildirilməyib.
Siam.az
Tarix: 19-12-2019, 14:01
Xəbəri paylaş





Xəbər lenti