Zaur Qəriboğluna qarşı qaldırılan iddia təmin edilmədi - Ramiz Mehdiyev UDUZDU


Zaur Qəriboğluna qarşı qaldırılan iddia təmin edilmədi
İyunun 11-də Yasamal Rayon Məhkəməsində hakim Günel Ələkbərlinin sədrliyi ilə “Baku Steel Compani”nin rəhbəri Rasim Məmmədovun “Reaksiya TV”nin rəhbəri Zaur Qəriboğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya baxılıb.

Saatlarla sürən prosesdən sonra məhkəmə qarşı tərəfin iddiasını təmin etməyib.

Musavat.com xəbər verir ki, bu barədə Z.Qəriboğlu özü məlumat verib.

O, bildirib ki, məhkəmə prosesi sifarişli idi.

"Bu təkcə mənim qələbəm deyil, bütün mətbuatın qələbəsidir", - deyə Z.Qəriboğlu qeyd edib.
Tarix: 11-06-2020, 22:36
Xəbəri paylaş





Xəbər lenti