"Bəhram Bağırzadə lətifə danışır, sonra xəbər yayılır ki, ağ ciyəri iflas edib" - FOTO


"Bilirsiz nə var? Bəsdir camaatı doladınız!!!"

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış jurnalist Aygün Muradxanlı aktyor Bəhram Bağırzadənin xəstəxanaya yerləşdirilməsinə münasibət bildirərkən deyib.


"Bəhram Bağırzadə müsahibə verir, lətifə danışır, 1 saatdan sonra 30 yerdə xəbər yayılır ki, ağ ciyəri 90 faiz iflas edib, yenisi köçürülməlidir, vəziyyəti kritikdir, nəfəs aparatına qoşulub, bu gecə çox həlledicidir-filan. Başa düşmürəm - bu ölkəyə çoxlu psixopat lazımdır???" - A.Muradxanlı qeyd edib.


"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu A.Muradxanlıya belə cavab verib: "Müsahibə nə məsələdir, bilmirəm, nə zaman yaymaq yox, nə zaman onu verib, üz -üzəmi, telefonlamı... Yoxsa, yazılımı... Amma Bəhramın durumu çox ağırdı. Mən bundan məlumatlıyam. Ağ ciyərlər tam iflas edib! Allah şəfa versin...Ümumiyyətlə ölkədə "korona" ilə bağlı durum fəlakət həddindədi. Xəstəxanalar, təcili yardımlar çatdırmır. Bizim Səfər Turançı Hümbətov koronavirusa yoluxub. Diaqnoz təsdiqlənib. Mən onu xəstəxanaya yerləşdirəndə, durumu anladım, gördüm. FəLaKət!!!! Hazırda covid 19-a inanmamaq və bu istiqamətdə məlumat yaymaq, təbliğat aparmaq doğru deyil və özünəqəsddir! Və hər kəsə qəsddir. Qorunmaq lazımdır. Qorunmağa çağlrmaq lazımdır. Zaman məsələsinə qalanda, bəzən 1 dəqiqə əvvəl deyib- gülən insan bir dəqiqə sonra canını tapşırır. Adlarını çəkdiyim dəyərli insanlardan uzaq olsun. Koronavirus nümunəsində də elədir. Yarım saat əvvəl telefonla danışdığın insan qəfildən pisləşir, qızdırma, tənginəfəslik başlayır, ikinci zəngdə danışa da bilmir... Artıq xəstəmiz var! Üç gündü birbaşa prosesin içindəyik! Belə getsə, vətəndaşlarımız küçələrdə ...can verəcəklər".


Fotoları təqdim edirik


Tarix: 15-06-2020, 23:23
Xəbəri paylaş





Xəbər lenti