ÜST-ün Azərbaycan nümayəndəsi istirahət fotolarını paylaşdı: Etirazlara səbəb oldu

ÜST-ün Azərbaycan nümayəndəsi istirahət fotolarını paylaşdı: Etirazlara səbəb oldu

ÜST-ün Azərbaycan nümayəndəsi istirahət fotolarını paylaşdı: Etirazlara səbəb oldu

Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmançının sosial şəbəkə hesabında paylaşdığı foto və video ciddi müzakirələrə səbəb olub. ÜST nümayəndəsi Bakı və bir neçə rayonda sərt karantin rejimi tətbiq olunduğu günlərdə Qubaya səfər edərək istirahətinin görüntülərini paylaşıb.

Cebhe.info xəbər verir ki, onun Quba rayonunda şəlalənin altında çəkdirdiyi fotolar ciddi etiraza səbəb olub. Koronavirus pandemiyasına görə həftəsonlarında Bakı da daxil olmaqla 9 bölgədə sərt karantin rejiminin tətbiq olunduğu bir zamanda ÜST təmsilçisinin rayona səfəri və isitrahət görüntüləri birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri bunun koronavirusla mübarizə aparan ÜST-ün fəaliyyətinə, eləcə də "evdə qal" çağırışı edən hökumətin qərarına inamsızlıq yaradacağını bildirib.

Bəzi istifadəçilərin fikrincə isə ÜST təmsilçisi kimi sərbəst hərəkət hüququna malik olan Hande Harmançının rayona həftəsonu səyahəti vəziyyəti yerində öyrənmək məqsədi daşıya bilər. Amma bu halda da xanım Harmançının niyə sərt karantin elan edilən rayonlardan birinə yox, məhz Qubaya səfər etməsi, eləcə də fotolarını yayması maraq doğurur.

Hələlik ÜST-ün Azərbaycan nümayədəliyindən bununla bağlı açıqlama verilməyib.

Tarix: 16-06-2020, 09:46
Xəbəri paylaş





Xəbər lenti