ABŞ dövlət katibi Şəhla Hümbətovanın müdafiəsinə qalxdı



ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanda ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən Şəhla Hümbətovanın vəkillik fəaliyyətinə xitam verilıməsinə açıq şəkildə etirazını ifadə edib. Dövlət katibi “Twitter”də bu barədə yazıb.
“Beynəlxalq Cəsarətli Qadınlar mükafatının 2020-ci il üzrə laureatı Şəhla Hümbətovanın peşə fəaliyyətinə, insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərə görə vəkillikdən uzaqlaşdırılması xəbərindən narahatlıq keçirdim. Biz Şəhlanın təcili şəkildə işinə bərpa olunmasını çağırır və onu dəstəkləməkdə davam edəcəyimizi bəyan edirik”, – deyə ABŞ dövlət katibi yazıb.
Şəhla Hümbətova tənqidçi jurnalist Seymur Həzi, bloger Mehman Hüseynov və başqa fəalların vəkili olub. O həmçinin Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən bir neçəsinin də hüquqlarını müdafiə edib.

Azadliq.info
Tarix: 26-03-2021, 22:03
Xəbəri paylaş





Xəbər lenti