“Şuşada konsert keçirilmiş məkandan 20 metr aşağıda şəhidlərimiz uyuyur...”


“Şuşada konsert keçirilmiş məkandan 20 metr aşağıda şəhidlərimiz uyuyur...”
Şəhid Milli Qəhrəmanımız Ramiz  Qənbərovun əsl məzarı Bakıda yox, Cıdır düzünün altındadır...”  
 
“Orada digər məkanlardan öncə  Şuşa uğrunda həlak olmuş şəhidlərimizi ziyarət etmək hər birimizin vətəndaşlıq borcudur...”
 
“Əvvəldən demişəm: Şuşaya ayağım dəyən kimi ilk olaraq  1989-1992-ci illərdə şəhərin müdafiəsində  həlak olmuş oğullarımızın uyuduğu Şəhidlər məzarlığını ziyarət edəcəyəm... Şuşanı ziyarət etmiş, amma orada uyuyan şəhidləri yad etməmiş bəzi hərbçi, döyüşçü həmkarlarım, həmyerlilərim onlara tutduğum iradlara görə məndən inciyirlər...”

Bunu  Moderator.az əməkdaşının “İnşallah, Şuşaya getmək qismətiniz olsa, öncə hansı məkanı ziyarət edərsiniz?” sualına cavabında tanınmış Qarabağ qazisi, Şuşanın işğalı günlərində 777 saylı hərbi hissənin kəşfiyyat rəisi olmuş, ehtiyatda olan polkovnik Azay Kərimov söyləyib.
 
“Şuşanın işğalından az öncə həlak olmuş Milli Qəhrəman Ramiz Qənbərov  Bakıda yox, Şuşada torpağa tapşırılıb.  Bakıda onun yalnız paltarları, ayaqqabıları basdırılıb. Onun əsl məzarı Cıdır düzünün altındadır.  “Parni iz Baku”dan Tahir İmanovun konsert keçirdiyi məkandan 20-25 metr aşağıda şəhidlərimiz uyuyur. Odur ki,  Şuşada digər məkanlardan öncə  Şuşa uğrunda həlak olmuş şəhidlərimizi ziyarət etmək və o məzarlıqda həm 1-ci Qarabağ, həm də 44 günlük savaşdakı şəhidlərimizin ruhuna dualar oxumaq hər birimizin vətəndaşlıq borcudur...”- deyə qazi polkovnik vurğulayıb.
 
Sultan Laçın

Tarix: 10-05-2021, 13:47
Xəbəri paylaş





Xəbər lenti