Ramiz Zeynalovun "eparxiyası"-nda vəzyyət düzəlmir: "Hamıya 400 manatdı bax sənə jest edib 150 yə həll edir məsələni protokol yazılmır" FOTO



Ramiz Zeynalovun "eparxiyası"-nda vəzyyət düzəlmir:
Teref.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Əliheydər Novruzlu sosila şəbəkədə DYP-nin "katalizator" bəhanəsi ilə sürücülərin başına acdığı oyunlarla bağlı bir az yumoristik tonlarla yazılmış yazısını paylaşıb. Teref.az olaraq yazını təqdim edirik:
"Demək priusları yolda saxlayırlar ki sür ustaya yoxlayaq görək katalizator var ya yox
Sürücü də biraz xam olur sürür ustanın yanına
Ustanın yanında serjant girir maşının altına və atferka ilə katalizator olan yerə dık dık vurur səs xoşuna gəlmədi aha demək ki katalizator yoxdu maşın (tam qeyri qanuni) gedir ştrafnoya
Səni göndərirlər baş Dövlət yol polisi idarəsinə 7 ci stanoka
Orda gözləyirsən məllim namazın qılıb qutarıb səni qəbul edir. Hamıya 400 manatdı bax sənə jest edib 150 yə həll edir məsələni protokol yazılmır aaa məsələni həll edir sadəcə və sənə bir sənəd verir ki get maşını ştrafnoydan çıxart ora da gedirsən bir hayasız 5dik ödəyirsən ki bəs bağışdıyuz mənim atımı sizin otlağa bağladığıma görə bir bağ otun pulunu verirəm açın qapını gedim
Olar da sağ olsun minnət sünnətlə açıb heyvanını buraxırlar

Bir də xüsusi bir hissəsi var ee məsələnin. Demək o 7 ci stanokdan 150 AZN alan kimi təmiz bir kağıza qeyd edir. filan maşını ştrafnoya atan hansı dyp atıb onun nömrəsi qarşısında +50 AZN (tay orası nə hikmətdir bilmirəm.)
Belə... Yəni məsələ başından sonuna qeyri qanuni baş verir təbii ki aidiyyatı üzrə müraciət edəcəm baxmayaraq ki məni saxlamayıblar ama bu gün saxlanan biri ilə tam bu prosesi keçmişəm
Ps 4 sözdə 5 səhv edən adam çıxarır bu hoqqaları)
Teref.az olaraq ümid edirik ki, DYP-nin məsul şəxsləri vətəndaşın statusuna mövqelərini bildirəcəklər!
Teref.az




Tarix: 11-05-2021, 16:31
Xəbəri paylaş





Xəbər lenti