Adına 5 şirkət, 155 min manat borc var, amma özünün xəbəri yoxdur - VİDEO



Sumqayıt şəhər sakini Zamiq Dadaşovun adına aldatma yolu ilə 5 şirkət açılıb. Ona Vergilər Nazirliyindən 155 min manat borcu olduğuna dair bildiriş gəlib.
 
Zərərçəkmişi öz xalası oğlu Qəzənfər Əliyev və onun dostları aldadıb. Adına nömrə alacaqlarını deyərək qeyri- qanuni olaraq sənədə imza atdırıblar.  Zərərçəkmiş bildirib ki, Sumqayıt şəhərində onun kimi çoxsaylı qurbanlar var.
 
Hazırda şəraitsiz vəziyyətdə yaşayan ailə çarəsiz qalıb.
 
Hazırda nə Zamiqi aldadan xalası oğlu ilə, nə də onun əlbir olduğu şəxslərlə əlaqə saxlamaq mümkündür. Məsələ ilə bağlı zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib.
 

Tarix: 26-05-2021, 08:05
Xəbəri paylaş





Xəbər lenti