Sizə nə dəxli var… – ELMAR VƏLİYEV SUSQUNLUĞU POZDU


Xəbər verdiyimiz kimi Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə sui-qəsd törətməkdə təqsirli bilinən Yunis Səfərov və onunla birlikdə təqsirləndirilənlərin işi üzrə məhkəmə prosesində sabiq başçının ekspertiziya cəlb olunması haqqında qərar verilib.
Belə ki, məhkəməyə gəlməkdən imtina edən Elmar Vəliyev anlaqlı olmamasına dair məhkəməyə həkim rəyi təqdim edib.
Yunis Səfərovun vəkillərinin israrından sonra məhkəmə sabiq başçının tibbi ekspertizadan keçirilməsinə dair vəsatətləri qəbul edib. Gununsesi.info-nun araşdırması zamanı Elmar Vəliyevin məhkəməyə təqdim etdiyi rəyin saxta olduğu bəlli olub.
Belə ki, sabiq icra başçısının ağlının yerində olduğu, biznes strukturlarına şəxsən nəzarət etdiyi deyilir.
Bu günlərdə Gəncənin Hacıkənd qəsəbəsində olan Elmar Vəliyev inşa etdirdiyi otelin təmir işləri ilə şəxsən maraqlanıb.
Bundan başqa Göygöl rayonunun Mixayilovka kəndindəki evində cari təmir işləri gördürən  Elmar Vəliyev ustalarla söhbət edib, hansı materialların  alınmasına dair göstərişlərini verib.
Gununsesi.info-nun əməkdaşı sabiq başçıdan məhkəmədən nə üçün yayınmasının səbəbini öyrənməyə çalışıb.
Mobil telefonuna zəng etdiyimiz Elmar Vəliyev “sizə nə dəxli var, məhkəməyə gedirəm yaxud, getmirəm. Gedin, öz işinizlə məşğul olun” deyərək, telefonun dəstəyini asıb.
Tarix: 26-05-2021, 22:07
Xəbəri paylaş





Xəbər lenti