Ağ şəhər uşaq bağçaşının müəlliməsinin bağça müdirəsinə qarşı iddiaları…


“White City Kindergarden” uşaq bağçası - İnarə Məhərrəmova: “Mənim onu döydüyümü deyir, lakin belə bir şey olmayıb, o, tibbi rəyi də pul ilə alıb”

imgBakıda bağça müəlliməsi müdirəsi tərəfindən döyüldüyünü iddia edir. Bu barədə “White City Kindergarden” uşaq bağçasında işləyən müəllimə Səfərova Vəfa Bahadur qızı şikayət ünvanlayıb.
V.Səfərova iddia edir ki, bağçada maaşlar vaxtında verilmədiyi üçün işdən çıxmaq istəyib və bu zaman sözügedən bağçanın müdirəsi İnarə Məhərrəmova ilə aralarında yaranan mübahisə zəminində döyülüb: “08.05.2021-ci il tarixində bağçadan işdən çıxmaq istədim. Buna görə bağça müdirəsi İnarə Məhərrəmova qəflətən mənə hücum edərək döydü. Bu barədə Daxili İşlər Nazirliyinin “102” Çağrı Mərkəzinə müraciət etdim. Polis əməkdaşları gələnə qədər İ.Məhərrəmova qaçdı. Məni Xətai Rayon 37-ci Polis Bölməsinə apardılar. Hadisə ilə bağlı orada izahat yazdım”.
Məsələ ilə bağlı “White City Kindergarden” uşaq bağçasının müdirəsi İ.Məhərrəmova ilə əlaqə saxladıq.
  • “Mən ona etibar edib, işləri tapşırırdım, lakin o xanım mənim biznesimi batırdı, bağçanı dağıtdı”
Bağça müdirəsi bildirdi ki, 3 illik işçisinin onun haqqında irəli sürdüyü ittihamlar əsassızdır: “Bağça 3 ildir fəaliyyət göstərir. Fəaliyyətə başladığımız gündən ilk kollektivin içərisində V.Səfərova və digər iki nəfər olub. Mən onlara etibar edib, işləri tapşırırdım. Lakin o xanım mənim biznesimi batırdı, bağçanı dağıtdı. Son dönəmdə valideynlərdən pul istəyib, işdən sonra bağçada qalaraq xoşagəlməz, əxlaqsız hərəkətlərə yol verib. Maaşların gecikməsi olmayıb. Mənim onu döydüyümü deyir, lakin belə bir şey olmayıb. O, tibbi rəyi də pul ilə alıb. Bunların hamısı barədə biz materialları toplayırıq, dəymiş ziyanı hesablayaraq polisə şikayət edəcəyik. Bu məsələ belə qalmayacaq, hüquqi qiymət verilməsi üçün əlimizdən gələni edəcəyik”.

Tarix: 28-05-2021, 14:45
Xəbəri paylaş





Xəbər lenti