Deputat: “Toy məclislərinə icazə verilsin”


Deputat: “Toy məclislərinə icazə verilsin”
Qənirə Paşayeva: “Az sayda iştirakçı ilə açıq havada qaydalara riayət etməklə toy etmək olar”
 
“Toyların təşkilinə və teatrların fəaliyyətinə icazə verilməsini xahiş edirik”. AYNA xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Qənirə Paşayeva deyib.
 
Millət vəkili qeyd edib ki, əhalinin istəyi bu istiqamətdədir: “Əlbəttə, koronavirusla mübarizə vacib məsələlərdəndir. Ölkəmiz bu istiqamətdə önəmli addımlar atdı. Biz də ziyalılar, deputatlar olaraq əlimizdən gələni etdik. Pandemiya ilə bağlı artıq yumşalmalara başlanılır. Bunlar hamısı qaydalara əməl etməklə həyata keçiriləcək. Bu məqamda teatrlar da qaydalara riayət etməklə açılmalıdır. Bu həm bizim, həm də sənətsevərlərin xahişidir”.
 
“Digər tərəfdən, insanlarımız çox xahiş edirlər ki, açıq havada məhdud sayda iştirakçı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin. Demirik ki, çox insan qatılsın, az sayda iştirakçı ilə açıq havada qaydalara riayət etməklə toy etmək olar”, - deyə deputat vurğulayıb.
Tarix: 31-05-2021, 14:53
Xəbəri paylaş





Xəbər lenti