“Kimlərsə Azərbaycanda təbəqələri üz-üzə qoymağa çalışır”


Jurnalistləni binası

Emin Piri: “Azərbaycanda evsiz qazi jurnalistlər də var”

Bir neçə gün əvvəl deputat Etibar Əliyev dövlət tərəfindən jurnalistlər üçün inşa olunan 3-cü binadakı evləri şəhid ailələrinə verməyi təklif etmişdi.
Millət vəkili bu barədə öz sosial hesabındakı paylaşımında yazıb.
Etibar Əliyev Etibar Əliyev
E.Əliyev qeyd edib ki, media işçilərinə verilən evlər jurnalistikada keyfiyyəti artırmayıb: “Azərbaycanda jurnalistlərə iki böyük bina inşa edilərək verilib. Amma bu, jurnalistikanın keyfiyyətini əsla dəyişməyib. Alimlərə heç bu qədər qayğı yoxdur və üstəlik, onlar üçün tikilən binanı Akif Əlizadə və onun ətrafındakı yaxınları zəbt ediblər. İndi də deyirlər ki, jurnalistlər üçün 3-cü bina tikilir. Ay məmləkət, ölkədə demək olar ki, qəzet yoxdur, cəmi üzdə olan 5-6 sayt var. Həmin saytlar da reklam və xəbərlər dərc etməklə məşğuldurlar. Başqa adamlar üçün saytları əlçatmaz ediblər, cəmiyyətin imkanlı adamlarına çevriliblər. Analitik yazılar yoxa çıxmaq üzrədir. Müsahibə götürən jurnalisti də sonradan axtarırsan ki, niyə fikrimi təhrif etmisən? Əvvəlki binalarda ev alanların çoxu jurnalistikadan uzaqlaşıb. Jurnalist adı ilə katibələrə, sürücülərə evlər verilib. Bu sənət belə ucuzlaşdırılıb. Tanıdıqlarımın bir neçəsi oradakı evləri satıblar və bu hallar davam edir. Belə təqdirdə mənzil imitasiyasına son qoymaq lazımdır. Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir”.
Bu barədə Bizimyol.info-ya danışan şair, Vətən müharibəsi iştirakçısı və ehtiyatda olan baş leytenant Emin Piri deyib ki, jurnalistlərlə qazi və şəhid ailələrini üz-üzə qoymaq doğru deyil.
Emin Piri Emin Piri
O qeyd edib ki, Prezidentin sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlilləri evlə təmin olunacaq.
“Bütün bunlardan sonra kimlərinsə belə təşəbbüsdə bulunması sanki təbəqələri qarşı-qarşıya qoymaq, cəmiyyətdə gərginlik yaratmaq və əsas məsələlərdən yayındırmaqdır. Əgər sırf bu kontekstdən yanaşsaq, həm müharibə iştirakçısı, həm də jurnalist olan, evsiz bir neçə jurnalist var. O zaman bu şəxslər onların problemləri ilə məşğul olsun”,– deyə E.Piri vurğulayıb.
Tarix: 21-07-2021, 09:39
Xəbəri paylaş





Xəbər lenti